İnsanı aldadan 2 əsas vasitə
Mьəllif: admin1
Tarix: 8-11-2020, 10:21
İnsanı aldadan 2 əsas vasitə

“Onlar möminləri «məgər biz dünyada sizinlə deyildik?» (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: «Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı». (“Hədid” 14).

Bu ayə münafiqlə möminin Qiyamət günü edəcəyi söhbətdir.

Mömin heç kəsin pisliyini istəməz, ancaq münafiq daima başqaları üçün pis hadisələrin yaranmasını gözləyər. “Məgər münafiqlərin kitab əhlindən olan kafir qardaşlarına (həqiqi, yaxud din qardaşlarına):

«Əgər siz (öz vətəninizdən) çıxarılsanız, biz də mütləq sizinlə birlikdə çıxarıq. Sizin barənizdə heç vaxt heç bir kəsə itaət etmərik. Əgər hücuma və ölüm təhlükəsinə məruz qalsanız, mütləq sizə kömək edəcəyik» – dediklərini görmədinmi?! Allah şəhadət verir ki, onlar yalançıdırlar”.
(“Həşr” 11).

Mömin yəqin əhlidir, ancaq münafiq şəkkə qərq olub. Mömin nikbindir, münafiq isə xəyalquran. Mömin şeytanın vəsvəsəsi ilə qarşılaşan zaman özünü yığışdırar, ancaq münafiq aldanar.

“Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201).

Münafiq üçün Allahın və Peyğəmbərin (s) verdiyi vədlər aldatma vasitələridir. “Və (yada sal) o zaman(ı) ki, münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi) olanlar deyirdilər: «Allah və Rəsulu bizə aldadıcı vəddən başqa bir şey verməmişdir»”. (“Əhzab” 12).

“Hədid” surəsinin 14-cü ayəsindən də göründüyü kimi, uzun arzular insan bu dünyada olan zaman onu Qiyamətlə bağlı şübhəyə salar. Şeytan (lən) da verdiyi vədə sadiq qalaraq insanı daima aldadar və İlahi rəhmətdən uzaqlaşdırar.

Beləliklə, Quranın nəzərinə görə deyə bilərik ki, insan bu dünyada iki vasitə ilə aldanar: biri şeytan və o birisi isə uzun arzulardır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930