Hacət istəmək üçün İmam Zaman ağadan (ə.f) buyurulan namaz
Mьəllif: admin1
Tarix: 20-01-2021, 21:25
Hacət istəmək üçün İmam Zaman ağadan (ə.f) buyurulan namaz
Əbu Abdullah Hüseyn ibni Muhəmməd Bəzrufi nəql edir: “İmam Zaman (ə.f) tərəfindən yazı çatmışdır ki, orada yazılır:

“Hər kimin Allahdan istəyi varsa, gərək cümə gecəsi gecə yarısı keçəndən sonra qüsl alsın və namaz yerinə gəlsin.

İki rükət namaz qılsın və nə zaman “İyyəkə nəbudu və iyyəkə nəstəin” yerinə çatand,a onu 100 dəfə təkrar etsin.

Sonra “Həmd”i tamam edəndən sonra 1 dəfə “Tövhid” surəsini oxusun. Sonra rükü və səcdə etmək və hər birində təsbihi 7 dəfə demək. İkinci rükəti də birinci rükət kimi qılmaq.

Namazın sonunda “Əl-misbah”da olan 36 bölmənin duasını oxumaq. Duadan sonra səcdəyə gedib Allaha yalvarmaq.

Sonra Allahdan hacəti istəmək. Hər kim bu əməli görər, duanı ixlasla oxuyar - duası yerinə yetər.

Hacəti hər nə olursa-olsun, yerinə yetər. Məgər o halda ki, bu hacəti qohumluq əlaqəsinin kəsilməsi üçün olsun”.

Bu hədisdən bir neçə nəticə çıxartmaq olar:

1. Müqəddimə olmadan Allah Təaladan hacət istəməyək. Çünki ola bilsin ki, elə maneələr olsun ki, insanın duasının həyata keçməsinə mane olar. Bu maneələrdən biri də günahdır.

2. İstiğfar etmək duanın qəbul olması üçün kifayət deyildir. Bəlkə tövhidə etiraf etmək, Allahı zikr və təsbih etmək də bu cür təsirli amillərdəndir.

3. Duanın zaman və məkanı çox mühümdür. Belə ki, Həzrət (ə) əmr edir ki, həftənin ən yaxşı günü olan cümə günündə və ən yaxşı vaxt sayılan gecə yarısında hacətini istəməyə başlasın.

Eyni zamanda buyurur ki, həmişə namaz qıldığı məkanda dayan və namaz qılandan sonra hacətini istə. (İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031