İmam Zaman ağanın (ə.f) duası ilə dünyaya gəlmiş alim
Mьəllif: admin1
Tarix: 20-06-2022, 20:45
İmam Zaman ağanın (ə.f) duası ilə dünyaya gəlmiş alim
Şeyx Səduqun atası Əli ibni Babuye adlı möhtərəm bir insan idi. Onun uzun illər övladı olmurdu. 50 yaşına çatmasına baxmayaraq, heç bir zaman İlahi rəhmətdən ümidini kəsməmişdir. Allaha daima övlad sahibi olmaq üçün dua edərdi.

Bir gün qərara alır ki, İmam Zaman ağaya (ə.f) məktub yazsın. Ondan xahiş edir ki, Allah yanında onun hacəti üçün dua etsin. Məktubu Qumdan İraqa hərəkət edən dostuna verir.

Ondan xahiş edir ki, İraqda olan zaman bu məktubu Hüseyn ibni Ruha (İmam Zaman ağanın (ə.f) xas naibinə) versin. Ondan istəsin ki, məktubu Həzrətə (ə.f) çatdırsın.

Dostu nəql edir: “Mən məktubu alimin buyurduğu şəxsə çatdırdım. Üç gün sonra həmin şəxs mənə xəbər göndərdi ki, İmam (ə.f) həmin şəxs üçün dua etmişdir və tezliklə arzusuna çatacaqdır”.

Şeyx Tusi, Şeyx Səduq barəsində yazır: “Qumun alimlərinin dediyinə görə, Şeyx Səduqun atası Əli ibni Hüseyn ibni Babuye, əmisi qızı ilə evli idi. Ancaq onların övladı olmurdu. Ona görə də Əli ibni Hüseyn İmam Zaman ağaya (ə.f) məktub yazıb, ondan xahiş edir ki, Allaha hacəti üçün dua etsin.

İmam (ə.f) da ona cavab verir ki, o, bu xanımından övlad sahibi ola bilməyəcəkdir. Ancaq tezliklə Diləmi ailəsindən olan bir xanımla evlənəcəkdir ki, Allah ona həmin qadından iki fəqih övlad bəxş edəcəkdir”.

Şeyx Səduq öz təvəllüdü barəsində “İkmələddin” kitabında yazmış və buyurmuşdur: “Nə zaman Əbu Cəfər Muhəmməd ibni Əli mənim dərsə olan meyil və əlaqəmi görərdi, deyərdi: “Sənin elmə bu qədər əlaqə göstərməyin heç də təəccüblü deyildir. Çünki sən İmam Zamanın (ə.f) duası ilə dünyaya gəlmisən””.

O zaman ki, Əli ibni Hüseyn, Diləmi ailəsindən olan xanımla evlənir, Allah ona Muhəmməd və Hüseyn adlı iki övlad nəsib edir. Muhəmmədin qardaşı Hüseyn də onun kimi böyük fəqihlərdən olmuşdur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930