Yoxsulluq və günah – qonşudurlar
Mьəllif: admin1
Tarix: 29-06-2021, 23:45
Yoxsulluq və günah – qonşudurlar
İmam Əli (ə) yoxsulluğu ölüm adlandırmışdır və bu sözündə dərin bir həqiqət vardır.

İmam (ə) həmişə tövsiyə edirdi ki, əlinizə düşən fürsətləri yaxalayın, çünki geri qayıtmayacaqlar. Belə ki, Həzrət (ə) buyurur: “Fürsətləri zay etmək qəmə səbəb olar”.

İnsana ömrü boyu çox sayda fürsətlər təqdim edilir ki, bu fürsətlər həm maddi və həm də mənəvi halını yaxşılaşdırmaq vəzifəsinə qulluq edir. Ancaq nadan insan bu fürsətləri buludlar kimi əldən verir.

Biri gedir və o birisi gəlir. Ancaq yenə də onlardan birini yaxalaya bilmir. Hər kim bu fürsətləri əldən verər, həm dünyada və həm də axirətdə peşman olar.

Çünki dünyada yoxsulluq onu əhatə edər və əziyyət verər. Onu aradan qaldırmaq üçün səy göstərməz.

Yoxsulluq insana çox işlər gördürə bilər. İnsan hətta imanından geri dönər və hətta cinayətə belə əl ata bilər. Bu zaman onların etdiyi günahların vəbalı cəmiyyətin üzərində də olacaqdır. Çünki ölkədə iqtisadi etidalı qorunmamışdır və yoxsul insanların haqqı verilməmişdir.

Hər kim maddi İlahi vacibatını yerinə yetirməzsə, Qiyamət günü o, da bu günahkar və cinayətkarlarla birlikdə ittiham olunacaqlar. Çünki onun ödəmədiyi bu haqq üzündən, bu cür cinayətlər və günahlar həyata keçmişdir.

Bir sözlə, cəmiyyətin iqtisadi həyatı düzgün tənzimlənməlidir ki, yoxsulluq baş alıb getməsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930