Qurani-Kərimdə onlar barədə 6 dəfə danışılıb
Müəllif: admin1
Tarix: 29-06-2021, 23:49
Qurani-Kərimdə onlar barədə 6 dəfə danışılıb
Quranda əbrardan 6 dəfə söz açılmışdır. Aqil insanlar həmişə Allaha dua edən zaman dünyanı mömin olaraq tərk etməyi istəmişlər və istəyirlər də.

Bu dualardan bəzisi Quran ayələrində öz təcəllisini tapmışdır və əbrar sözü ilə əlaqələndirilmişdir.

“Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!”. (“Ali-İmran” 193).

Bu ayə o zaman nazil olmuşdu ki, Allah əbrarı Məkkə müşriklərinin dünyapərəstliyi qarşısında qərar verərək, möminlərə behişti müjdələmişdi.

O, bu behişt haqqında buyurur: “Lakin öz Rəbbindən qorxan kəslər üçün (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlər vardır.

Allah tərəfindən ilk ziyafət olaraq, onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri üçün Allah yanında olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır”. (“Ali-İmran” 198).

Həm Əhli-Beyt (ə) alimləri və həm də əhli-təsənnün alimləri Peyğəmbəri (s) əbrar adlandırırlar. Çünki o, həmişə yoxsulların, miskin və yetimlərin dəstəyi olmuş və onlara yardım etmişdir.

Bu sözün mənalarından biri də xeyirxah olmaqdır. Yəqin ki, əbrar sözü məhz bu mənasına görə Peyğəmbərə (s) nisbət verilmişdir.

“Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər”. (“İnsan” 5).

Quranın başqa ayələrində əbrar sözü Allahın sonsuz nemətləri mənasını vermişdir. Belə ki, buyurur: “Şübhəsiz, yaxşı əməl sahibləri (axirətdə) bolluca nemət içində olarlar”. (“İnfitar” 13).

“Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər”. (“Mutəffifin” 22).

Quranın başqa bir ayəsində isə əbrar sözü xüsusi insanların əməl dəftərinə işarə edir ki, xüsusi məkanda sakin olacaqlar. Elə bir məkan ki, İlahi qürbə çox yaxındır və behiştin ən yüksək məkanıdır.

“Belə deyildir (hesab-kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri «İlliyyin»dədir”. (“Mutəffifin” 18).

Allah bizləri də illiyinlərdən və əbrarlardan (yaxşı və müqərrəb insanlardan) qərar versin! Amin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031