Şeytan Həzrət Adəmə (ə) necə vəsvəsə etdi, bir halda ki, şeytanın cənnətə girməsi qadağandır?
Mьəllif: admin1
Tarix: 2-07-2018, 23:25
Şeytan Həzrət Adəmə (ə) necə vəsvəsə etdi, bir halda ki, şeytanın cənnətə girməsi qadağandır?
Səhih hədislərdən məlum olur ki, Həzrət Adəm (ə) yer üzünə endirilməzdən əvvəl insanların əməlinə görə mükafat kimi verilən cənnətdə (behiştdə) deyildi.

Birincisi, heç bir savab etmədən cənnətə düşmək mümkün deyil. İkincisi, cənnətə düşmüş şəxs oradan qovula və çıxarıla bilməz. Üçüncüsü, şeytan cənnətdə olanlara heç bir yolla vəsvəsə edə bilməz.

Həzrət Adəm (ə) böyük ehtimalla yer üzərində olan ən gözəl guşələrdən birində, yaxud yerdən kənar bir məkandakı gözəl baxçada imiş.

İnsanlıq yer üzündə ömür sürməkdən ötrü yaraılmışdı. Bunu Adəm (ə) yaradılmazdan əvvəl mələklərin dedikləri sözlər və bəşəriyyətin öz mahiyyəti də sübut edir.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031