Xoşbəxtliyin 6 açarı. Səadətə mane olan 7 amil
Mьəllif: admin1
Tarix: 12-03-2022, 10:26
Xoşbəxtliyin 6 açarı. Səadətə mane olan 7 amil
Qurani-Kərim hər birimiz üçün hidayət vasitəsidir. Quran bizlərə xoşbəxt olmağın və saədətin yollarını göstərir və onun açarını bizə təqdim edir. Xoşbəxt olmağın 6 açarına işarə edək.

1. İbadət və müticəsinə qılınan namaz.

Quranın nəzərinə görə o kəslər ki, Allaha müticəsinə ibadət etməyi bacarıblar, Allah onları hidayət edər. Bəzi insanlar namazı tərk etməz, lakin onların qıldığı namaz itaətkarların namazı deyildir. Ona görə də namaz insana lazım olan qədər təsir etməz.

"Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. ("Muminun” 1-2).

2. Yersiz və pis işlərdən uzaq olmaq.

"Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər”. ("Muminun” 3).

İnsanın saədətə çatmasına mane olan amillərdən biri də yersiz işlərdir. Hər kim həyatında yaxşı və yersiz işlər arasında sərhəd qoya bilməyibsə, özünü səadətdən məhrum edər.

Əlbəttə yersiz dedikdə ancaq yersiz söhbətlər nəzərdə tutulmur. Yəni, insanı Allahdan uzaqlaşdıra bilən və qafil edən hər bir yanlış təfəkkür və məşğuliyyət nəzərdə tutulur.

3. Zəkat vermək.

"Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər”. ("Muminun” 4).

Quranın nəzərinə görə hər kim dünya malına malikdirsə, ondan yoxsullar üçün pay ayırmalıdır. Bu zaman səadət əhlinin zümrəsinə qoşula bilər.

4. İffətli olmaq.

Quranın nəzərinə görə saədət əhli həmişə iffətlidir və iffətsizliyə yol verəcək heç bir əməl görməz. "Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar”. ("Muminun” 5).

5. Tövbə etmək.

Adi insan günah etmədən yaşaya bilmir. Lakin bu əməl mümkünsüz deyildir, yəni bunu bacar bilər. İnsan əgər günah işlədibsə, gərək İlahi rəhmət qapılarını üzünə bağlamasın və Allaha tövbə etsin.

"Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. ("Nur” 31).

6. İlahi təqvaya riayət etmək.

Təqva o sifətdir ki, insanı günahdan uzaq saxlayar və itaət və ibadətə tərəf çəkər. Allah Təala təqva əhlinə belə buyurur:

"Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, bəlkə nicat tapdınız”. ("Maidə” 100).

Bəs hansı amillər səadətə mane olur. Bunların bəzisinə işarə edək:

1. Allahı zikr etməmək. "Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. ("Taha” 124).

2. İlahi əhkama görə üsyan etmək. "Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır”. ("Nisa” 14).

3. Dində bidət etmək. "Dillərinizin yalandan dediyinə (və heç bir dəlili olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən «bu, halaldır və bu, haramdır» deməyin ki, Allaha yalan yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar”. ("Nəhl” 116).

4. Günah etmək. "Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!”. ("Şəms” 10).

5. Zülm etmək. "Kim Allaha qarşı yalan uydurmuş və ya Onun ayələrini təkzib etmiş kəsdən daha zalımdır?! Şübhəsiz, zalımlar nicat tapmayacaqlar”. ("Ənam” 21).

6. Qəflətdə olmaq. "Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”.("Əraf” 179).

7. Nəfsani istəklər. "Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”. ("Casiyə” 23).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031