Əməl olmadan imanın dəyəri olmaz
Mьəllif: admin1
Tarix: 19-11-2022, 10:23
Əməl olmadan imanın dəyəri olmaz
"Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik”. ("Kəhf” 30).

Bu ayə ona işarə edir ki, iman əməl olmadan dəyərli olmaz. O kəs ki, iman gətirər - yaxşı işlər yerinə yetirər. Allah heç bir möminin əməlini məhv və xarab etməz. Əgər yaxşı işlərimiz məhv olursa, bu, bizim pis əməllərimizin sayəsində olur.

Əgər imanlı insanıqsa, gərək saleh əməl yerinə yetirək, əks halda imanımızın dəyəri və savabı olmaz. Mömin də etdiyi bu saleh əməlinə görə savab qazanar, təkcə imanına görə qazanmaz. Yəni, imanla saleh əməl ayrımaz tamdırlar. Biri olmadan o birisinin dəyəri olmaz.

Hər bir yaxşı əməli iki yerə bölümək olar: adi yolla edilən, ali yolla edilən. Biz yemək bişirən zaman ərzaqlarımız yaxşı olar. Lakin onu yaxşı və ya ali bişirə bilərik. Bu, bizdən asılıdır. Əməllərimiz də o cürdür. Onu adi şəkildə də yerinə yetirə bilərik, ali şəkildə də.

Bu ayədəki mühüm nöqtələr:

- Tərbiyədə, qorxutmaqda, müjdə verməkdə qorxu ümidlə bir yerdə olmalıdır.

- İlahi fikir və niyyət saleh əməldən üstündür.

- Nə İlahi hesabdan bir şey gizli qalar, nə də əməlin əcri zay olar.

- Əməlin dəyərli olmasında meyar keyfiyyətdir, kəmiyyət deyil.

Ona görə də hər bir mömin sadəcə imana malik olmağı ilə kifayətlənməməlidir. Bu imanını əməli ilə möhkəmləndirməli və dəyərli etməlidir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930