Şimali və Cənubi Koreya liderləri qucaqlaşdı - Sürpriz görüş
Mьəllif: admin1
Tarix: 27-05-2018, 22:53
Şimali və Cənubi Koreya liderləri qucaqlaşdı - Sürpriz görüş
Bu gün Cənubi Koreya prezidenti Mun Çje-in və Şimali Koreya lider Kim Çen In arasında sürpriz görüş baş tutub.

İslaminSesi “Qafqazinfo” istinadən xəbər verir ki, görüş iki ölkənin sərhədində yerləşən Panmunjom kəndindəki “Sülh evi”ndə keçirilib.

2 saat davam edən görüşdə 27 apreldə baş tutan görüşdə imzalanan müqavilənin icra edilməsi müzakirə edilib. Həmçinin, ABŞ - Şimali Koreya münasibətləri və regiondakı son proseslər barədə də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 27 apreldə “Sülh evi”ndə keçirilən görüşdə Koreya yarımadasının nüvə silahından təmzilənməsi, mövcud atəşkəsin daimi sülh müqaviləsinə çevrilməsi barədə razılıq əldə olunmuşdu.

Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031