Ayətullah Xamenei: İslam dünyasının ən önəmli ehtiyacı vəhdət və elmi inkişafdır
Mьəllif: admin1
Tarix: 12-05-2018, 13:36
Ayətullah Xamenei: İslam dünyasının ən önəmli ehtiyacı vəhdət və elmi inkişafdır
Bu gün İslam dünyasının ən önəmli ehtiyacı vəhdət və elmi inkişafdır.

Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün "İslam elmlərinin genişlənməsində Əhli-beyt məktəbinin rolu" mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları ilə görüşdə deyib. Tehranda İmam Xomeyni (rə) adına hüseyniyyədə baş tutan görüşdə Ayətullah Xamenei bildirib ki, bu gün İslam dünyasında oyanış yaranıb və Qərb ölkələri bunu təkzib etsələr də, bu oyanış İslama meylin artması üçün zəmin yaradıb və daha yaxşı gələcəyin müjdəçisidir.

Ayətullah Xamenei konfrans təşkilatçılarına xüsusi ilə Ayətullah Məkarim Şiraziəyə öz təşəkkürünü bildirib. “Bu gün İslami firqə və qrupların bir-birindən daha çox tanınması üçün atılan hər bir addım yaxşı işdir. Bu konfras İslam ümmətinin birləşməsi istiqamətində atılmış bu hərəkətlərin bariz nümunəsidir”.

Ayətullah Xamenei düşmənlərin uzun zamandır ki, müsəlmanları bir-birinə qarşı qoymaq üçün çalışdığını vurğulayıb və deyib ki, belə şəraitdə müsəlmanların bir-birinin güclərinin tanınması və birləşməsi üçün şəraitin yaradılması məqsədilə görülən hər bir əməl İslam ümmətinin vəhdətinə yardım edəcək.
İslam firqələri arasında hər hansı bir gərginliyin yaradılmasının qarşısının alınması üçün ehtiyatlı davranmağın zəruriliyini vurğulayan Ayətullah Xamenei deyib ki, İslam dünyasının bugünki ehtiyacı və önəmli məsələlərdən biri də elmi inkişaf məsələsidir ki, bu sahədə ciddi işlər görülməlidir.

İslam dünyasının hegemonların dominanta çevrilməsi və onların təsiri altına düşməsinin əsas səbəbinin elmi inkişafdan geridə qalması olduğunu vurğulayan Ayətullah Xamenei bildirib ki, Qərb dünyası bir neçə əsr elmi inkişafdan geridə qaldıqdan sonra İslam dünyasındakı elmi inkişafdan istifadə edərək, sərvət, elmi, hərbi, siyasi və təbliğat gücünü də artırdı və sonda müstəmləkəçiliklə İslam ölkələrinin durumunu indiki vəziyyətə çatdırdı. "Qərb ölkələri İslam ölkələrində zorakılıqlar törədir və bir çox region ölkələr də beynəlxalq hegemonların davamçısıdır. Bu vəziyyət İslam ölkələrinin elmi inkişafı ilə dəyişməlidir. İslam dünyası bir daha insan sivilizasiyasının ən uca zirvəsində ucala bilər. Müsəlman ölkələrin borcudur ki, elmi inkişaf istiqamətində hərəkət etsinlər. İslam dünyasının elitası, elmi inkişaf etdirilməsi və ən uca zirvəyə çatdırılması üçün ümumxalq istəyin yaranması və düşüncələrin səfərbər olunması istiqamətində işlər görməlidir".

İran İslam Respublikasının elmi inkişaf yolunda gördüyü işlərdən danışan Ayətullah Xamenei bildirib ki, beynəlxalq elmi mərkəzlərin statistikasına əsasən, son illərdə İranın elmi inkişafının sürəti dünya ilə müqayisədə orta hesabla 13 dəfə çox təşkil edib. “Biz bu yolu elmin ən uca zirvəsinə kimi davam etdirəcəyik. İran qərb ölkələrinin əksinə olaraq, bu nailiyyətlərini digər İslam ölkələri ilə də bölüşməyə hazırdır”.

Ayətullah Xamenei İslam və dünyəvi elmlərin inkişaf etdirilməsinin zərurətindən danışıb və bildirb ki, İslamın insanların gündəlik həyatında “yeni söz” deyə biləcəyi sahə fiqh məsələləridir. Bu sahədə işlər daha ciddi və çox görülməlidir. Fəlsəfə və rasional elmlər sahəsində inkişaf sürəti artırılmalıdır”.

Dünyada İslama meylin və İslam dünyasında oyanışın artdığını vurğulayan Ayətullah Xamenei bildirib ki, bu gün dünyada gəncləri bir çox suallar maraqlandırır ki, onlar İslam çərçivəsində həmin suallara cavab tapmaq istəyir. Ona görə İslam dünyasında elmi inkişaf sürətləndirilməlidir və elmin ən uca zirəvisinə çatmalıdır.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031