Kimdə bu 4 xüsusiyyət olarsa Allah ondan razı halda görüşər
Müəllif: Admin
Tarix: 10-11-2017, 11:25
Kimdə bu 4 xüsusiyyət olarsa Allah ondan razı halda görüşər
İnsanlar adətən çoxlu ibadət edən, oruc tutan və az gülən insanları daha çox dindar və nicat tapmış hesab edirlər. Halbuki, İlahi peyğəmbərlərin (ə) zamanının çoxu insanların arasında keçərdi və onları hidayət edərdilər. Onlar insanlarla söhbət edib, hidayət etməyi sükutdan üstün hesab edərdilər. Lakin bəşər elə düşünür ki, əgər cəmiyyətdən uzaq olsa, daha çox dindar ola bilər. Lakin indi ki, müsəlmanıq və cahiliyyət dövrünü geridə qoymuşuq, insanlarla düzgün ünsiyyət və rəftar çox mühümdür.

İmam Səccad (ə) buyurur: “Hər kimdə bu dörd sifət olarsa, imanı kamil və günahları bağışlanar. Allah ondan razı olan halda görüşər”.

1. İlahi təqva.
Bu gün cəmiyyətdə hər kəs ki, başqasına yaxşılıq edərsə, əvəzini gözləyər. Halbuki, yaxşılıq oldur ki, onu edən zaman əvəzini gözləməyəsən. Quran buyurur ki, başqalarına ehsan etmək - əslində özünə ehsan etməkdir. İnsanın imanı o zaman kamil ola bilər ki, etdiyi ehsanın qarşılığını gözləməsin.

“Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir”. (“İsra” 7).

“Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir”. (“Nəml” 40).

2. İnsanlara qarşı sadiq və düzgün olmaq.
Düzgün və sadiq insan olmaq gözəl insani əməl olub, Allah yanında xüsusi əhəmiyyətə malikdir. İnsanın pak fitrəti istəyir ki, o, həmişə düzgün insan olsun.

Hər kim düz danışarsa, başqaları da onu sevər. Hamı onunla necə rəftar edəcəyini bilər. Əgər ailədə hər kəs düz danışarsa, həmin ailə xoşbəxt olar.

3. Həyaya riayət etmək.
Həya lüğətdə xəlacət etmək mənasında işlədilir. Həya nəfsin özünü günahdan saxlamasıdır ki, məzəmmət olunmasın. Həya insanı günahdan saxlayar və ona tərəf cürət etməyə qoymaz. Əgər bir insanda həya olmazsa, heç bir zaman pisliyi pislik kimi görməz. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman həya varlığında olmasa, hər nə istəyirsənsə et. Çünki insanda həya olmazsa, yaxşı ilə pisi ayıra bilməz”.

4. Xoş rəftar və xoş əxlaqlı olmaq.
Ailədə xoş əxlaq və xoş rəftar olmaq çox mühümdür. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bəd əxlaqlı xanımının rəftarına səbir edər və bu işində savaba ümid edərsə, Allah şakirlərin savabını ona əta edər”.

İmam Əli (ə) buyurur: “Xanımlarınızla həmişə mehriban olun, onlarla gözəl danışın ki, onlar da gözəl sözlər desinlər”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031