Həzrət Əlinin (ə) mövlud gecəsidir
Mьəllif: admin1
Tarix: 3-02-2023, 19:40
Həzrət Əlinin (ə) mövlud gecəsidir
Pеyğəmbərlərin sоnuncusu Həzrət Muhəmmədin (s) özündən sоnrаkı хəlifəsi, əmisi оğlu, kürəkəni, möminlərin vəlisi Əli (ə) Məhəmməd Peyğəmbərin (s) besətindən (peyğəmbərlik məqamına çatmasından) 10 il əvvəl rəcəb ayının 13-də Məkkədə Kəbənin içində dünyаyа göz аçıb.

Оndаn qаbаq burаdа hеç kim dünyаyа gəlməyib və оndаn sоnrа dа burаdа hеç kim dünyаyа gəlməyəcək. İmamım Əlinin (ə) ən məşhur ləqəbi Əmirəl-Möminindir.

Qaynaqlar İmam (ə) üçün 850-dən аrtıq ləqəb qеyd еdib. Hz.Əlinin (ə) ən məşhur künyəsi Əbul Həsəndir. Atası böyük məqаm sаhibi оlаn Əbu Tаlib (ə), anаsı isə Fаtimə (ə) binti Əsəddir.

Əmirəl-möminin İmam Əli (ə) Peyğəmbərdən (s) sonra bu dünyada ən üstün insanlardan biridir. Həzrətin (ə) əxlaqı, mənəviyyatı və zahiri bunun nə qədər həqiqət olduğundan xəbər verir. İmamı (ə) başqalarından fərqləndirən böyük bir şey var idi ki, həmin şey ancaq ona aid idi.

Bu da Həzrətin (ə) dünyaya gəldiyi məkandır. İndiyə qədər heç bir peyğəmbər (ə) və ya heç bir digər şəxs Kəbənin daxilində dünyaya gəlməmişdir.

İmam (ə) özünün Həzrət İsadan (ə) fərqli olmağını belə izah edir: “İsa ibn Məryəm (ə) dünyaya gələn zaman Beytul-müqəddəsdən qeyb nidası gəlir ki, Məryəm (s.ə) məsciddən xaric olsun.

Məryəmə (s.ə) nida olunur ki, bu məscid ibadət yeridir, dünyaya uşaq gətirmək yeri deyildir”. Ancaq o zaman ki, Əlinin (ə) doğumu yaxınlaşır, Allah Təala Fatimə binti Əsədi Kəbəyə daxil olmağa dəvət edir. Ona qeybdən deyilir: “Fatimə! Evə daxil ol!”.

Hədislərin nəlq etdiyinə görə, Fatimə Əliyə (ə) hamilə olan zaman ibadətlə məşğul idi və anidən doğum sancısı tutur və Fatimə Kəbənin ətrafında dua etməyə başlayır.

Allahdan istəyir ki, doğum ağrısını onun üçün asan etsin. Bu zaman Kəbənin divarı aralanır və bir səs Fatiməni içəri dəvət edir. Fatimə də bütün insanların gözü önündə Kəbəyə daxil olur. Kəbənin divarı əvvəlki halına qayıdır.

Bu hadisə hamının təəccübünə səbəb olur. Əbu Talibin qardaşı Abbas da orada idi və qardaşına xəbər verir. Əbu Talib də özünü Kəbəyə çatdırır. Əbu Talib Kəbənin açarını daşıyan idi.

Ona görə də Kəbəyə tərəf tələsir, ancaq hər nə edirsə, qapını açarla aça bilmir. Üç gün Fatimə xanım heç bir yemək və içəcək, yardımçı olmadan Kəbənin içində qalır.

Üçüncü günü Fatimənin daxil olduğu divar yenidən aralanır və o, bayıra çıxır, qucağında körpəsini tutmuşdu. İnsanlar ona tərəf hücum edirlər, özünə və körpəsinə baxırlar.

Bəli, bu elə bir insandır ki, nə ondan əvvəl və nə ondan sonra heç kəs Kəbədə dünyaya gəlməmişdir. Onun məqamının nə qədər əzəmətli olması üçün elə bu hadisə kifayətdir.
(Deyerler.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930