Hansı günü bayram adlandırmaq olar?
![]() Nəzər salaq ki, Həzrət İsanın (ə) nəzərində bayram nə deməkdir? Həzrət İsanın (ə) Qurandakı hekayətləri əsasında demək olar ki, onun üçün bayram – səma lütfü və İlahi kəramətidir ki, süfrə şəklində yerə enmişdi. Bu süfrə Allahın əzəmətini bir daha nümayiş etdirmiş və orada olanları sevindirmişdir. “Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün – həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan»”. (“Maidə” 114). Bəs Əhli-Beytin (ə) nəzərinə görə, həqiqi bayram hansı gündür? İmam Əli (ə) “Nəhcul-Bəlağə”də buyurur: “O günü ki, Allah Təalanın itaət nuru ilə aydınlandırarsan, böyük Allahın istəyini və göstərişini özünə hakim edərsənsə və o gündə Allah Təalanın günahı edilməzsə - o gün bayramdır”. Çünki ruhun çirklənməmiş və ruhunda təravət və şadlıq vardır. İmam Səccad (ə) buyurur: “Məbada elə iş görəsiniz ki, zahiri simanız gözəl, amma əməliniz çirkin olsun”. Rəhmətlik İmam (r) bayram haqqında buyurur: “Bayramın bizim üçün bir mənası vardır. İbrahim Xəlil (ə) və başqa peyğəmbərlər (ə) üçün isə başqa bir məna kəsb edir. Onların keçirtdiyi bayram – Liqaullah bayramıdır”. Bu bayram günlərində çalışaq günah etməyək və bacardığımız qədər ehtiyacı olanların əlindən tutaq və onları sevindirək. Bu zaman bayram həqiqi bayram olar. /Deyerler.org/ Oxşar xəbərlər
|