Münafiqi tanıtdıran əsas mühüm göstəricilər – Nəhcül-Bəlağənin dili ilə
![]() Beləki, Quran düzgün əqidə və əməl sahiblərini mədh, əqidə və əməldə yanlış olanları isə dünya və axirət rüsvayçılığı ilə təhdid və məzəmmət edir. Quranın məzəmmət etdiyi insanlardan biri də münafiqlərdir. Münafiqlər Quranda bəzən müxtəlif adlarla, bəzən də birbaşa münafiq kimi təqdim edilir. Münafiq iki üzlü mənasındadır. Onlar iman əhlinin yanında özlərini imanlı, küfr əhlinin yanında əhli inkar və fasiq kimi göstərərlər. Beləcə hər şəraitə uyğun simalarını dəyişib uyğun vəziyyətdən bəhrələnməyə çalışarlar. Quran münafiqin yerini cəhənnəmin ən aşağı təbəqəsi olduğunu bildirir. Quranın bu cür tanıtması, münafiqin insanların ən alçağı olduğunu tanıtması deməkdir. Çünki onlar heç dəstədən deyilər, hər kəsin yanında bir sifətdə olurlar: “(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmdə dərkil-əsfəldədir (ən aşağı təbəqədə). Sən heç vaxt onlara yardım edən tapmazsan!” (Nisa-145) “Dərkil-əsfəl” ifadəsində “dərk” ən aşağı mənasındadır. Necəki behşitin dərəcələri vardır, həmçinin cəhənnəmin də dərəcələri vardır. “ (Nur təfsiri) Həzrəti Əli (ə) münafiqi tanıtdırarkən onları üç sifətlə bəyan edib. Bu üç sifət demək olar ki, münafiqliyi tam səciyyələndirir. “Riyakarın 3 nişanəsi vardır: Ətrafındakı adamları gördükdə zirəkləşər, Təklikdə süst və tənbəl olar, Hər işində təriflənməyi sevər.” (Nəhcül-bəlağə) (İslaminSesi) Oxşar xəbərlər
|