Pisliklərimizi necə düzəldək?
Müəllif: Admin
Tarix: 13-04-2019, 10:40
Pisliklərimizi necə düzəldək?
Həzrət Peyğəmbər (s) Şəban ayının son günlərində Ramazan ayı ilə bağlı etdiyi xütbəsində buyurmuşdu: “Ey insanlar! Allahın ayı sizə tərəf gəlməkdədir. Onu qarşılamağa gedin...”.

Həzrət (s) bu xütbəsində Ramazan ayında etməli olduğumuz fəzilətli əməlləri sayır ki, onların bəzisinə işarə edək:

Həzrət (s) buyurur: “Sadiq niyyət və pak ürəklə Allahı çağırın və dua edin”.

“Allahdan tofiq istəyin ki, Quranla yaxın olasınız. Onu oxuyun və onun haqqında düşünün və Qurana əməl edin”.

“Qoymayın ki, bu aclıq və susuzluq təfəkkür olmadan sona çatsın. Qiyaməti yada salın və o günün yoxsulluğunu və ehtiyacını yada salın”.

“Yoxsullara yardım edin və onların əlindən tutun”.

Səxavət - elə bir süfətdir ki, insanın əxlaqı ilə bağlıdır. Bəzilərimiz belə düşünürük ki, əgər Allah bizim ruzimizi bol etsəydi, yetimlərə yardım edər və yoxsulları doyuzdurardıq.

Ancaq unuduruq ki, səxavət elə bir fəzilətli sifətdir ki, insan yoxsul olsa da, zəngin olsa da onu tərk etməz. İnsan gözləməz ki, zəngin olsun və ondan sonra xeyir iş görməyə başlasın.

Xeyr, əliboş olanda belə, bacardığı qədər insanlara maddi yardım edər və bunun üçün ruzisinin artmasını gözləməz. İnsan adətən əksinə - sərvət sahibi olan zaman daha xəsis və simic olur. Çünki sərvət özü ilə hərislik də gətirər. Ona görə də xeyir iş görmək üçün gözləmək lazım deyildir. Ramazan ayı bir fürsətdir.

Həzrət (s) buyurur: “Böyüklərə və qocalara hörmət edin. Kiçiklərə rəhm edin və mehribanlıq əlini başlarına çəkin”.

Sileyi-rəhm də bu ayın əməllərindən biridir. Bu sileyi-rəhmlərdə məhrəm və namərhəm münasibətlərinə diqqət edək. Bu İlahi süfrələri qeybət və töhmət məclisinə çevirməyək.

Bu ayda bədən üzvlərimizə nəzarət edək ki, günah işlətməsin. Dilimizi qoruyaq və gözümüzü harama bağlayaq, iffətli olaq.

Həzrət Peyğəmbər (s) buyurur: “Canlarınız - əməllərinizin girovudur. İstiğfar edərək bu can və ürəyinizi azad edin. Kürəyiniz günahın yükündən əyilmişdir”.

Həzrət (s) bu ayın ən mühüm əməlinin istiğfar olduğunu sonda bildirir və buyurur ki, günah yükünüz çoxdur və onu tövbə edərək yüngül edin.

Günah işlədən insan özünü azad hiss etsə də, əksinə əsirdir. Öz əməlinin əsiridir. Ramazan ayı bu əsarətdən xilas olmağın ən yaxşı fürsətidir. Bu fürsətləri dəyərləndirək və əziz Peyğəmbərimizin (s) tövsiyələrinə əməl edək.


(Deyerler.org)
Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031