Quran oxumağın ən münasib növü hansıdır?
Müəllif: admin1
Tarix: 8-06-2020, 10:16
Quran oxumağın ən münasib növü hansıdır?
İmam Xomeyni (r) hədislərə istinad edərək deyirdi: “Quran oxumağın ən münasib növü - o tilavətdir ki, Quran insanın batininə təsir etsin.

İnsanın batini İlahi kəlamın simasına çevrilsin. Mələkə olmaqdan çıxıb həyata keçsin. Məsumlar (ə) buyurur: “Mömin cavan əgər Quranı oxuyarsa, Quran onun ətinə və qanına daxil olar”. Bu, bir rəmzdir və məqsəd odur ki, Quranın siması insanın ürəyində bərqərar olsun və yer tapsın.

Belə ki, insanın batini Kəlamullah-Məcid və Qurani-Həmidə çevrilsin. Ləyaqət və istedadına görə. O kəs ki, özünü Quran oxumağa adət etdirər, yavaş-yavaş ürəyi zikr və ayə simasını alar. İnsanın batini Allahı zikr edər.

İnsanı Quran oxuyan zaman izləyən təhlükə odur ki, insan riyaya düçar olar. Ona görə də İlahi övliyalar tövsiyə edir ki, Quranı gözəl şəkildə və qəmgün səslə oxuyun.

Hədislərdə deyilir ki, Quranı qəmgin səslə oxuyun və gözəl şəkildə tilavət edin.

Həzrət Əli ibn Hüseyn (ə) Quranı gözəl şəkildə tilavət edərdi və onun yanından keçənlər dayanıb bu tilavətdən qəşş edərdilər. Lakin biz o zaman ki, gözəl səsimizi insanlara çatdırmaq istəyirik, Quranı və azanı vasitə qərar veririk.

Məqsədimiz Quran tilavəti olmur. Şeytanın məkri və əmmarə nəfsin hiyləsi çoxdur. Haqqı batillə qarışdırır. Gözəllə çirkini bir yerdə qoyur. Onun məkrindən Allaha pənah aparmaq lazımdır”.

İmamın (r.ə) övladına nəsihəti: “Oğlum! Bu böyük mərifət kitabı ilə tanış ol, hətta onu qiraət etməklə belə olsa.

Ondan Məhbuba tərəf yol aç və təsəvvür etmə ki, mərifət olmadan qiraətin təsiri yoxdur. Bu, şeytanın vəsvəsəsidir.

Bu kitab Məhbub tərəfindəndir. Sənin üçün, hamı üçün və Məhbubun məktubu məhbubdur.

Baxmayaraq ki, aşiq onun faydasını bilməz. Bu niyyətlə Məhbubun sevgisi sorağına gələr”.

“Quranı başa düşməyə mane olan pərdələrdən biri də günahlardır. Günah ürəyə mane olar ki, həqiqətləri dərk etsin. İnsanı Quran oxumaqda müvəffəq edə bilən əməllərdən biri - tətbiqdir.

İnsan oxuduğu hər ayə haqqında düşünər və sonra onun faydasını öz halı ilə müqayisə edər. Onun vasitəsilə öz nöqsanlarını tapar. Xəstəliyini onun yardımı ilə müalicə edər.

Misal üçün, Həzrət Adəmin (ə) əhvalatını oxuyan zaman şeytanın bu qədər ibadət və elmi ilə Allah dərgahından qovulmasının şahidi oluruq.

Çünki İlahi qürb məqamı - pakların yeridir. Şeytani əxlaqla ora qədəm basmaq olmaz. Buna səbəb olan isə şeytanın təkəbbürü olmuşdur. Ona görə də təkəbbür hissini özümüzdən uzaqlaşdırmaq lazımdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31