Divarların arxasından görən İmam Baqirin (ə) qeyrət dərsi
Mьəllif: admin1
Tarix: 23-02-2018, 23:33
Divarların arxasından görən İmam Baqirin (ə) qeyrət dərsi
İmam Baqirin (ə) səhabələrindən olan Əbu Səbah Kənani İmamın (ə) evinə gəlir və qapını döyür. İmamın (ə) kənizi qapı arxasına gəlir və qapını açır. Əbu Səbah ədəbsizlik edir və əlini kənizin sinəsinə qoyub deyir: “Ağana de ki, Əbu Səbah onunla görüşmək üçün icazə istəyir”.

İmam Baqir (ə) onu görmədən, qeybi məlumatla onun ədəbsiz rəftarından bilgilənir. Həzrət (ə) qəzəblənir və o qədər narahat olur ki, həmin an fəryad çəkir: “Ey anası olmayan! Daxil ol!”.

Əbu Səbah evə daxil olur və İmamı (ə) çox qəzəblənmiş halda görür. Üzrxahlıq edir.

İmam Baqir (ə) sərt şəkildə ona deyir: “Sən xəyal edirsən ki, bu divarlar gizlilərdən agah olmağa görə bizə mane olur? Niyə belə etmisən?! Bu nalayiq işi bir daha təkrar etməkdən çəkin!”.

Allahım, bizlərə Əhli-Beytə (ə) layiq əxlaqa sahib olmağı nəsib et!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031