Peyğəmbərin (s) malik olduğu elmlə İmamların (ə) malik olduğu elmin fərqi
Müəllif: Admin
Tarix: 21-02-2018, 15:45
Peyğəmbərin (s) malik olduğu elmlə İmamların (ə) malik olduğu elmin fərqi
Həzrət Peyğəmbər (s) bir nəbi kimi bütün elmini ya vəhy ilə və ya birbaşa Allahdan əldə edərdi. İmamlar (ə) isə malik olduqları elmi Peyğəmbər (s) vasitəsilə əldə etmişdilər ki, laduni elm adlandırılır.

Ona görə də İmamlar (ə) Peyğəmbərin (s) malik olduğu elmin qapısıdırlar.

Allah Təala Qurani-Kərimdə İmamları (ə) itaət baxımından Peyğəmbərə (s) bərabər tutmuş, Peyğəmbəri (s) isə itaət edilməyin vacibliyində Özünə bərabər qərar vermişdir. “Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun”. (“Nisa” 59).

“Allaha və (İlahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33).

Həzrət Peyğəmbərin (s) itaətdə Allaha bərabər tutulması o demək deyildir ki, əuzubillah, Allaha taydır. Xeyr, sadəcə o deməkdir ki, Peyğəmbərin (s) əmr və nəhyləri – Allahın əmr və nəhyləridir.

Həzrət Peyğəmbər (s) Məsum İmamları (ə) Quranın təfsirçiləri kimi tanıtmışdır. Ona görə də “Səqəleyn” hədisində buyurur: “Mən sizlərin arasında 2 kəramətli şeyi qoyub gedirəm. Əgər onları götürsəniz və onlara söykənsəniz, heç bir zaman yolunuzu azmazsınız: Allahın Kitabını və öz itrətimi ailəmi”.

Bu hədisə görə Allahın kəlamlarına itaət vacib olduğu kimi, Əhli-Beytin (ə) kəlamlarına da itaət vacibdir. Çünki onlar hər nə deyirlərsə, Peyğəmbərin (s) elmindən əxz edirlər və Allahın əmrinə əsasən deyirlər.

Əhli-təsənnündən gələn hədisdə oxuyuruq ki, Peyğəmbər (s) buyurmuşdur: “Əli (ə) Quranladır, Quran Əli (ə) ilə. Bu ikisi bir-birindən ayrılmazdır, o zamana qədər ki, Qiyamət günü Kövsər hovuzunun kənarında mənə qovuşarlar”.

Bu hədisdən də göründüyü kimi o şeyi Əli (ə) deyir – Qurana uyğundur. Həzrət Əli (ə) heç bir zaman Qurana zidd bir şey deməmişdir, bir halda ki, Quran Əliyə (ə) vəhy olunmamışdır, sadəcə elmini Peyğəmbərdən (s) almışdır.

Nəticədə deyə bilərik ki, Quranın özü Əhli-Beytə (ə) itaət etməyi, Allaha və Peyğəmbərə (s) itaətlə bir sırada qərar vermişdir. Peyğəmbərimiz (s) “Səqəleyn” hədisində Əhli-Beyti (ə) Quranın ədli kimi tanıtmışdır.

Hədislər söyləyir ki, o şeyi ki, Əhli-Beyt (ə) bəyan edir – Qurana əsasəndir, heç bir halda ona zidd deyildir.

Ona görə də deyə bilərik ki, Peyğəmbərin (s) elmi elə bir elm idi ki, birbaşa və ya vəhy vasitəsilə Allahdan alınmışdır. Ancaq Məsum İmamların (ə) elmi Peyğəmbərin (s) onlara ötürdüyü elmdir ki, Qurana uyğun olub, Peyğəmbərin (s) sünnətini davam etdirir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031