Təvazökarlığın xüsusiyyətləri. İnsan kimlərin qarşısında təvazökarlıq etməlidir?
Mьəllif: admin1
Tarix: 17-02-2018, 10:50
Təvazökarlığın xüsusiyyətləri. İnsan kimlərin qarşısında təvazökarlıq etməlidir?
Bir nəfər İmam Rzaya (ə) sual verir ki, təvazökarlıq nədir? Əziz İmamımız (ə) belə cavab verir: “Təvazökarlığın dərəcə və mərtəbələri vardır:

1. İnsan öz qədrini və məqamını bilsin və pak qəlblə onu münasib yerində qərar versin.

2. Hər kəslə o cür rəftar etsin ki, onunla o cür rəftar etməsini istəyərdi.

3. Əgər başqasından pislik görsə, onu yaxşılıqla aradan qaldırsın.

4. Öz qəzəbini hadisələr zamanı yatızdırsın.

5. İnsanların günahından keçsin və bilsin ki, Allah yaxşı əməl sahiblərini sevir”.

İmam Sadiqin (ə) verdiyi tərifdə isə təvazökarlığın sifətləri haqqında bunları oxuyuruq: “

1. Hər kəsə salam versin.

2. Mübahisə etməyi tərk etsin, baxmayaraq ki, haqlıdır.

3. Gördüyü yaxşı işə görə təriflənməyini sevməsin”.

Təvazökarlıq – əxlaqın bəyənilmiş sifətlərindəndir ki, İmam Sadiqin (ə) buyurduğuna görə, hər bir şərəfin köküdür və Allah dərgahında məqamı ucadır. Bu gözəl sifət dünya və axirət səadətinin amilidir. Əgər təvazökarlığın dili olsaydı, insanları öz faydasından xəbərdar edərdi. Deyərdi ki, ey insanlar! Əgər mən sizin varlığınızda olsam, Allahın razılığını sizə tərəf çəkərəm və insanın hər bir işdə inkişaf səbəbiyəm. Mənə görədir ki, insanlar axirətdə saədətə çatırlar.

Allah Təala Həzrət Peyğəmbərinə (s) buyurur: “Və öz mehr (məhəbbət) və təvazökarlıq qanadını möminlərdən sənə tabe olan hər bir kəsin üzərinə endir; cəzbedici çətirini onların başları üzərində aç”. (“Şuəra” 215).

Bəs insan kimlərin qarşısında təvazökarlıq etməlidir?

1. Sübhan Allahın qarşısında. “Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər – cənnət əhlidirlər və orada əbədi qalacaqlar”. (“Hud” 23). Onlar iman gətirib, saleh əməllər görərək, Allah qarşısında təvazökarlıq ediblər.

2. Möminlərin qarşısında təvazökarlıq etmək. “Öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər”. (“Hicr” 88).

3. Yoxsullar qarşısında. “Rəbblərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək, səhər-axşam Onu çağıranları öz yanından qovma!”. (“Ənam” 52).

4. Valideyn qarşısında. “Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal (təvazökarlıq göstər) və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!”. (“İsra” 24).

5. Müəllim qarşısında. “Musa ona dedi: «(İcazə verirsən) öyrədildiyin həqiqətə istiqamətləndirmə elmlərindən mənə (də) öyrətməyin məqsədi ilə sənə tabe olum?»”. (“Kəhf” 66).

Beləliklə deyə bilərik ki, təvazökarlıq – bizi Allaha yaxınlaşdıran, dünya və axirət səadətimizə səbəb olan gözəl əxlaqi sifətlərdəndir. Təvazökarlıq təkəbbür sifətinin əksidir və insan əgər bu gözəl sifətə yiyələnə bilərsə, İlahi qürb məqamına yaxınlaşar və insanların sevimlisi olar.



www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930