Həzrət Fatimənin (s.ə) Mədinə qadınlarına xütbəsi
Mьəllif: admin1
Tarix: 13-01-2023, 12:42
Həzrət Fatimənin (s.ə) Mədinə qadınlarına xütbəsi
O zaman ki, Həzrət Fatimə (s.ə) xəstələndi, mühacir və ənsarların qadınları onu ziyarət etmək üçün gəldilər.

Dedilər: “Ey Allah Peyğəmbərinin (s) qızı! Gecəni necə səhər etdin?”.

Xanım (s.ə) cavabında Allaha həmd və siyatiş etdi. Atasına salavat göndərəndən sonra buyurdu: “Allaha and olsun ki, gecəni o halda səhər etdim ki, sizin dünyanıza nifrət edirəm.

Kişilərinizi düşmən bilirəm. Onlardan bezaram. Onları imtahan etdim və uzağa atdım və məbus hesab etdim.

Necə ki, çirkindir qılıncların sınması, cəddən sonra oyun oynamaq, daşı döymək, əqidə fəsadı, fikirlərin yolunu azması, iradələrin büdrəməsi.

Nə qədər də pis əməldir ki, əvvəlcədən onlar üçün göndərilmişdir.

Nəticəsi Allahın qəzəbi oldu. Cavidan əzabda qalacaqlar.

Heyvanlar kimi qırılmış yüyənlə başqalarının tarlasında gəzirlər. Qulaqları və burunları kəsilmişdir. Bu cür qövm Allahın rəhmətindən uzaq olar.

Vay olsun onlara! Necə xilafəti risalətin möhkəm dağlarından, vəhyin nazil olduğu yerdən və rəhbərliyindən, dünya və axirət məsələlərindən agah olandan kənara çəkdilər? Agah olun ki, aşkar ziyan elə budur.

Onların Əbul-Həsənə (ə) nə iradları var idi ki? Allaha and olsun ki, onlar onun kəsici qılıncına irad tutdular. Müharibə meydanında ölümə qarşı etinasızlığına və vuruşmaq qüdrətinə və düşmənə vurduğu məğlubedici zərbələrinə!

Allaha and olsun ki, nə zaman insanlar haqq yolundan azdılar və aydın dəlilləri qəbul etməkdən boyun qaçırtdılar, onları mülayimliklə məqsəd mənzilinə tərəf yönləndirdi. Bu davranış heç bir zaman əziyyət verən deyildi, nə minik zəifləyirdi, nə də minici yorulurdu.

Nəhayət onları zülal suya tərəf daxil etdi, elə bur çaya ki, hər iki tərəfi su ilə dolu idi və suyu heç bir zaman nasaf olmurdu. Sonra onları kamil sirab olandan sonra geri qaytardı və nəhayət aşkarda və gizlində onu xeyirxah bildilər.

O, heç bir zaman dünyadan bəhrə aparmayıb. Onun üçün sadəcə susuzları sirab etməkdən və acları doyuzdurmaqdan başqa fayda olmayıb.

Burada dünyapərəst zahiddən və doğru danışan yalançılardan onlar üçün aydın oldu.

Hər nə qədər ömür sürsən, dünya sənə yeni qəribəliklərini göstərər.

Əgər təəccüblənmək istəyirsənsə, onların sözündən təəccüblən. Ey kaş biləydim onlar hansı sənədə istinad edirlər? Hansı dayağa etimad etdilər? Hansı zürrəyə cürət etdilər və hakim oldular?

Necə ki, pis mövla və yavərdir. Necə də pis munisdir. Zalımlar üçün necə də pis əvəzləyicidir?!

Onlar qabaqda gedənləri buraxdılar və ardıcıl olanların sorağına getdilər. O dəstə ki, güman edir yaxşı iş görübdür – burnu zillət torpağına sürtüləcəkdir.

Agah olun ki, onlar həmin fəsad edənlərdirlər, ancaq dərk etmirlər. Vay olsun onların halına! O kəs ki, haqqa hidayət edir, ardınca getməyə layiqlidir və ya o kəs ki, özü hidayət olunmasa hidayət olmaz?

Sizə nə olmuşdur?

Bilin ki, öz canıma and olsun ki, xilafət dəvəsi hamilə olmuşdur. Gözləyin, az keçməyəcəkdir ki, öz körpəsini dünyaya gətirəcəkdir. Sonra süd kasası yerinə, təzə qan və öldürücü zəhərlə dolu kasanı sağacaqsınız.

O zamandır ki, batilin tərəfdarları ziyana düşəcəklər. Nəhayət, ardıcılları rəhbərlərinin etdiyi işin aqibətini başa düşəcəklər.

Bundan sonra dünyanıza qəlbinizi xoş edin. Ondan razı və xoşhal olun.

Ancaq sizin intizarınızda olan imtahan və iztirablı fitnə üçün özünüzü hazır edin.

Kəsici qılınclara şad olun! Sizin sərvətlərinizi bada verənə.

Nicat tapmağa necə ümid edirsiniz, o halda ki, həqiqət sizdən gizli saxlanmışdır. Həqiqətdən xəbərsizsiniz?

Məgər biz sizi bu aydın dəlili qəbul etməyə məcbur edə bilərikmi ki, ona kərahətiniz vardır?”.

O zaman ki, qadınlar Xanımın (s.ə) bu sözlərini kişilərinə dedilər, onlar Xanımın (s.ə) yanına gəldilər və dedilər: “Ey aləmlərin qadınlarınnı sərvəri! Əgər Əbul-Həsən (ə) bizə həqiqəti desəydi, biz başqasına əhd bağlamazdan əvvəl heç bir zaman başqasına meyil etməzdik”.

Həzrət Zəhra (s.ə) buyurdu: “Öz işinizin dalınca gedin. Bundan sonra yalançıların üzrü, üzr deyildir. Bundan sonra təqsirinizdən və səhlənkarlığınızdan başqa iş yoxdur”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031