Boşanmaların səbəbi - maddi deyil, mənəvi yoxsulluqdur
Müəllif: Admin
Tarix: 13-02-2018, 21:51
Boşanmaların səbəbi - maddi deyil, mənəvi yoxsulluqdur
Nikah qurulanda, əksər cütlər bir-birinə səmimi məhəbbət bəsləyirlər. Bəs niyə bir qədər keçməmiş ayrılmağa qərar verirlər?

Əgər statistikaya nəzər salsaq görərik ki, o ailələr ki, iqtisadi baxımdan əziyyət çəkmir və hətta rifahdadırlar, daha çox boşanırlar.

İslam dini müsəlmanları həmişə ailə qurmağa dəvət etmiş və yoxsulluğun kökünü hətta bu yolla kəsməyin mümkün olacağını bildirmişdir.

“(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir”. (“Nur” 32).

Allah Təala buyurur ki, əgər subaylarınız ailə qurarsa, həm maddi və həm də ruhi yoxsul olmazlar. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqi ehtiyacsızlıq - nəfsin zənginliyidir”. Bu, İlahi nemətdir ki, bəzi bəndələrinə inayət edər.

Əhli-beytdən (ə) gələn hədislərə nəzər salan zaman görmək olur ki, evlilik - ruzi istəmək qapısı kimi tanıdılmışdır. O kəslər ki, Peyğəmbərdən (s) və Məsum İmamlardan (ə) ruzi istəyiblər, onlara evlənmək məsləhət görülmüşdü.

İmam Sadiq (ə) buyurur: “Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və yoxsulluğundan şikayət edir. Peyğəmbər (s) buyurur ki, evlən. Evlənir və iqtisadi vəziyyəti düzəlir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Evlənin və uşaq sahibi olun, çünki bu iş sizə ruzi gətirər”.

O kəslər ki, yoxsul olduğu üçün evlənmir, Allah Təala onları məzəmmət edər. İmam Sadiq (ə) buyurur: “Hər kim yoxsulluq qorxusundan evlənməyi tərk edərsə, Allaha bədgüman olmuşdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs yoxsulluq qorxusundan evlənməyi tərk edərsə, Allaha bədgümandır. Çünki Allah Quranda buyurmuşdur: “Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər””.

Əlbəttə boşanmaq ərəfəsində olan cütlər daha çox mədəni yoxsulluqdan əziyyət çəkərlər. Əgər bir qədər diqqət etsək, görərik ki, boşanmaların səbəbi iqtisadi yoxsulluq deyildir, mənəviyyat yoxsulluğudur. Əgər insan hətta maddi baxımdan yoxsul olsa belə, mədəniyyət cəhətdən zəngindirsə, qənaət edərək xoşbəxt yaşaya bilər.

Ancaq əksinə, əgər cütlərin iqtisadi çətinliyi yoxdursa və mənəviyyat yoxsulluğundan əziyyət çəkirlərsə, qənaət etmədiklərinə görə narazıdırlar. Ona görə də düzgün ünsiyyət qura bilmir və anlaşa bilmirlər. Nəticədə də ayrılmağa qərar verirlər. Sevgiləri nifrətə çevrilər.

Ona görə də bu günün faciəsi – mənəviyyat yoxsulluğudur. Allah Təala həmişə boşanmanın əleyhinə olmuşdur.

“Və (siz, ey şəriət hakimləri, yaxud ey qövmün ağıllıları ) əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə və ziddiyyətdən qorxsanız, onda bir hakim kişinin ailəsindən və bir hakim qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar. Həqiqətən Allah bilən və xəbərdardır”. (“Nisa” 35).

Bir çox boşanma hallarının səbəbi cütlərin arasındakı rabitələrin soyuqluğuna vaxtilə diqqət etməməyə görədir. Bundan başqa qarşı tərəfin psixologiyasını bilməmək də təsirli amillərdəndir. Bu, elə bir problemdir ki, pulla həll olmaz.

Cütlər aralarında olan qarşılıqlı anlaşılmamazlığı dərk edəndən sonra bir-birini sevmədiklərini düşünür və boşanmağa qərar verirlər. Halbuki, bu soyuq rabitəni vaxtında dərk edib, aradan qaldırmağa çalışsaydılar, iş bu yerə gəlib çatmazdı.
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031