Ailəyə xidmət etmək – kəbirə günahların kəffarəsidir
![]() “Mən rahat yaşamaq istəyirəm” kimi cümlələr Qərbin təsirindən yaranan əqidədir. Əgər İslam dövlətində yaşayan bir insana desən ki, sənin atanın kim olduğu bilinmir, bu həmin kəsin qeyrətini cuşa gətirər. Ancaq Qərbdə yaşayan insan üçün bu cümlə rahat qarşılanır, çünki izzətlərini əldən veriblər. O cəmiyyətdə ki, ailə mühüm amil sayılmaz, izzətini əldən verəcəkdir. İzzətsiz insan isə hər kəsin qulu olmağa hazırdır. Çünki zəlildir, izzəti onu zillətdən saxlamır. “(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir”. (“Nur” 32). Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Ailəyə xidmət etmək – kəbirə günahlarının kəffarəsi, Allah qəzəbini söndürən, hurul-eynin mehriyyəsi, həsənə və dərəcələri çoxaldandır”. /Deyerler.org/ Oxşar xəbərlər
|