Elm və hikmət yalnız təvazökar qəlblərdə cücərər
Mьəllif: admin1
Tarix: 13-02-2018, 10:42
Elm və hikmət yalnız təvazökar qəlblərdə cücərər
İmam Kazım (ə) buyurur: “Əkin yumşaq torpaqlarda bitər, nəinki daşın üstündə. Həmçinin elm və hikmət ancaq təvazökar qəlblərdə cücərər, nəinki cabbar təkəbbürlü qəlblərdə”.

Bu nurani hədisdən də göründüyü kimi, təhsil almağın ilk addımı – təvazökarlıqdır: Allah qarşısında, müəllim qarşısında, özündən çox bilənlər qarşısında və sənə bir şey öyrədə bilənlər qarşısında təvazökarlıqdır.

Ona görə də cəhalət ilə təkəbbürü bir-birinə yaxın sözlər hesab edirlər. Təkəbbürlü insan cəhalətini etiraf etməz, hətta əgər ona sübutlar gətirsən belə, onu inkar edər və səninlə mübarizə edər. Heç bir zaman haqq sözü özləri ilə eyni səviyyədə və ya alçaqda olanlardan qəbul etməzlər. Ona görə də həmişə cahil qalarlar.

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31