Nə üçün bəzi insanlar möcüzə görsələr də, iman gətirmirlər?
Mьəllif: admin1
Tarix: 11-02-2018, 20:58
Nə üçün bəzi insanlar möcüzə görsələr də, iman gətirmirlər?
Peyğəmbərlərin (ə) inkar olunmalarının bir neçə səbəbi vardır: babalara təqlid, şəxsi mənafenin qorunması, eqoistlik, yersiz təəssüb.

Ulduzlu gecədə elektrik lampası altında oturan insan göydəki ulduzları görə bilmir. Eləcə də, özünə vurğun insan başqalarının üstünlüklərini qiymətləndirə bilmir.

Bir atlı nə qədər cəhd etdisə, at qarşısındakı arxdan keçmədi. Bunu müşahidə edən arif atlıya məsləhət gördü ki, arxın suyunu bulandırsın. Atlı belə də etdi. At heç bir məcburiyyətsiz sudan keçdi. Atlı bu işin hikmətini anlamayıb, arifdən səbəbini soruşdu.

Arif dedi: “ At saf suda öz əksini görür və öz əksini tapdamaq istəmir!”

Bəli, insan da belədir o, öz mənliyini, məqamını, mənafeyini, tayfasını, millətini, partiyasını tapdaya bilmir. Elə buna görə də haqqında danışılan at kimi hərəkət edə bilmir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930