Peyğəmbərimiz (s.ə) nə buyurdu ki, Həzrət Zəhra (s.ə) əvvəlcə ağladı, sonra şad oldu?
Mьəllif: admin1
Tarix: 4-01-2022, 11:15
Peyğəmbərimiz (s.ə) nə buyurdu ki, Həzrət Zəhra (s.ə) əvvəlcə ağladı, sonra şad oldu?
Allah dərgahında insanların dəyəri təbii ki, bərabər deyildir. Bəziləri Allahın yaxın mələklərindən belə üstündürlər, bəziləri isə vəhşi heyvandan da alçaqdırlar.

İnsana dəyər verən şey – elm, iman, təqva və üstün əxlaqi fəzilətlərə bəzənməkdir.

Bu meyarlara əsasən, iki cahan xanımı olan Həzrət Fatimə (s.ə) ən ütsün insan idi. O zaman ki, Peyğəmbər (s) ölüm ayağında idi, qızı taqətsizliq edirdi.

Həzrət (s) onun bu halını görən zaman buyurmuşdu: “Ey Fatimə! Məgər razı deyilsənmi ki, sən dünya qadınlarının ən üstün banusu, bu ümmət qadınlarının banusu, imanlı qadınların banusu olasan?”.

Bu hədisdə Həzrət (s) qızının malik olduğu üstün məqamları bir-bir sayır və onun nə qədər üstün olduğunu bəyan edir.

O zaman ki, Xanım Fatimə (s.ə) xəstələnir, Həzrət Peyğəmbər (s) səhabələri ilə birlikdə onu görməyə gedir və Xanımı (s.ə) ziyarət edənlər evdən çıxan zaman bu xəstəliyinə görə təəssüflərini bildirdilər və Peyğəmbər (s) onlara buyurur: “Bilin ki, o, Qiyamətdə bütün qadınların banusudur”.

Bir gün Fatimə (s.ə) atası Peyğəmbərin (s) xidmətinə gəlir və Həzrət (s) ona buyurur: “Xoş gəlmisən qızım!”.

Sonra onu yanında əyləşdirir və qulağına bir sirr deyir. Bu xəbərin ardınca Fatimə (s.ə) ağlayır.

Aişə nəql edir ki, dedim ki, niyə ağlayırsan? Bu dəfə Peyğəmbər (s) onun qulağına başqa bir sirri deyir və Xanım (s.ə) sevinc təzahür edir.

Aişə deyir: “Mən bu günə qədər qəmə bu qədər yaxın olan şadlığı görməmişdim”.

Onun səbəbini soruşur. Fatimə (s.ə) deyir: “Mən Peyğəmbərin (s) sirrini ifşa etmirəm”. Bu məsələ Peyğəmbər (s) vəfat edənə qədər davam edir və Aişə bu dəfə soruşanda, Həzrət Fatimə (s.ə) deyir: “Birinci dəfə Peyğəmbər (s) mənə buyurdu ki, Cəbrayil (ə) hər il bir dəfə Quranı mənə təqdim edərdi.

Bu il iki dəfə təqdim etmişdir. Mən belə düşünürəm ki, ona görədir ki, əcəlim yaxınlaşır. Sən ilk kəs olacaqsan ki, mənə qoşulacaqsan”.

Mən də bu sözləri eşidən zaman ağladım. Sonra buyurdu: “Məgər razı deyilsənmi ki, behişt qadınlarının və ya imanlı qadınların banusu olasan?”. Bu sözləri eşidən zaman sevindim”.

Bu hədislərdən belə nəticə çıxarda bilərik ki, Peyğəmbərin (s) gözünün işığı olan Həzrət Fatimə (s.ə) bütün dünya və behişt qadınlarının ən üstünüdür.

Hər kim Xanımı (s.ə) sevər və onun davamçısı olar, həm dünyada və həm də axirətdə izzətli olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Qızım ona görə Fatimə (s.ə) adlandırılmışdır ki, Allah Təala onu sevənləri oddan qorumuşdur”.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031