Rəbbani alimlər, nicat yolunda olan müəllimlər, kiçik və gücsüz milçəklər
Mьəllif: admin1
Tarix: 8-05-2023, 10:53
Rəbbani alimlər, nicat yolunda olan müəllimlər, kiçik və gücsüz milçəklər
Kumeyl - İmam Əlinin (ə) yaxın səhabələrindən biri. O, deyir: “O Həzrət (ə) bir gün mənim əlimdən tutub, səhraya apardı.

İçdən bir ah çəkib buyurdu: “Ey Kumely ibn Ziyad! Bu ürəklər - elm, həqiqət və sirr qabıdır. Bu ürəklərdən ən yaxşısı - onun sahibidir. Ona görə də o şeyi ki, sənə deyirəm, məndən (eşit) və onu saxlamağa çalış”.

İmamın (ə) bu hikmətli sözlərindən belə başa düşmək olur ki, insanın dəyəri ürəyinə görədir və ürək də elm, həqiqətlər və sirlər saxlayan qabdır. Ona görə də bu qabın şərəfi onun sahibinə çatar.

Ürək gövhərini hər cür çirkinliklərdən pak etmək lazımdır. Daxili çirkinliklər - vəsvəsələr, şəkk və şübhələr, zənn və bədbinliklər, pis niyyət, əyri düşüncələrdir.

Zahiri çirkinlik isə əxlaq rəzillikləri və danışıqda və rəftarda olan çirkinliklərdir. Ürək bu çirkinliklərdən pak olmayınca, insan sağlam mühitdə yaşamaz. Ürək evi həmişə əlavə şəxslərin əsarəti altında olar. Ona görə də elm, həqiqətlər və sirlər ora daxil ola bilməz.

İmam Əli (ə) sonra buyurur: “İnsanlar üç dəstədir: Rəbbani alim, nicat yolunda olan müəllim, kiçik və gücsüz milçəklər”.

Bəs kimlər milçəyə bənzəyir? Milçəklər - küləyin əsdiyi səmtə gedərlər və külək hansı tərəfə əssə, ora hərəkət edərlər. Yəni heç bir zaman küləyin əks istiqamətində uçmazlar. Onlarda dörd sifət vardır ki, onların sadəcə biri insanı məhv etməyə kifayət edər.

Hər bir küləklə yayılan avazın ardıcılıdır və nur elmini kəsb etməmişdir və möhkəm pənahı yoxdur.

Əgər insan elm nuru əldə edə bilərsə, düz yolu tapar və haqla batili ayırd edər. Zəlzələdə möhkəm sütuna pənah aparar. Bu zaman tufandan və küləklərdən amanda qalar. Onu iradəsiz etməz.

Ona görə də onlar nə Rəbbani alimdirlər və nə də müəllim. Onlar - cahildirlər. Onlar alim deyildirlər və ona görə də elm dalınca getməzlər. Nə Məbdəni tanıyırlar və nə də vəzifələrini.

Elmin həqiqəti budur ki, insanı haqq və həqiqətə tərəf aparar. Haqqa cahil olan isə ən çarəsiz insandır.

İmam Əli (ə) buyurur: “Vay olsun o kəsə ki, mənim mərifətimə cahil olar və mənim haqqımı tanımaz. Agah olun ki, mənim haqqım - Allahın haqqıdır. Agah olun ki, Allahın haqqı - mənim haqqımdır”.

Bəli, Allahı tanımaq üçün nübuvvəti və imaməti tanımaq lazımdır. Ən böyük filosof əgər etiqad həqiqətlərini tanımaqdan zəif olarsa, demək cahildir. Ən böyük din alimi əgər imaməti tanımırsa, əslində nə alimdir və nə də müəllim.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, təfəkkür etməz, saleh və alim deyildir. O kəs ki, mülayim olar, qələbə çalar və elm - qalxan, düzlük - izzət və cəhalət - xarlıq, dərk etmək - əzəmətdir”.

Allah Təala bizləri küləyin axınında biixtiyar uçan milçəklərdən qərar verməsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031