Qiyamətin tək hakimi Allah olacağını eşidən kişinin təbəssümü
![]() Hətta mərhum alim, ustad Əllamə Təbətəbaidən ömrünün sonlarında dəyərli bir tövsiyə istəyirlər, alim buyurur: “Hamı ilə mehriban ol! Çünki Quran bütünlüklə Bismilləhir-Rəhmanir-Rəhimdən ibarətdir. Allahın bütün məxluqi ilə Rəhman, möminlərlə isə Rəhim ol!” Hədislərdə Allahın rəhmət və mərhəmətinin qəzəbindən irəlidir olduğu buyururlur. Qurani Kərim bu barədə buyurur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.” (Nisa-31) Allahın rəhmətinə ümidli olmağın əhəmiyyətinə işarə edən hadislərdən birin də bir ərəb kişinin peyğəmbərə (s) yaxınlaşıb rəhmət barədə sual verməsi hadisəsidir. Hədisdə deyilir: Bir ərəb kişi peyğəmbərə yaxınlaşıb soruşdu: Ey Allahın Rəsulu (s) qiyamət günündə hesab çəkmək kimin öhdəsində olacaq? Peyğəmbər (s): Allahın! Kişi: Allah Özümü bu işi görəcək? Peyğəmbər (s): Bəli! Kişi sevinclə təbəssüm etdi. Peyğəmbər (s) soruşdu: Niyə gülürsən? Kişi: Kərim və böyük Allah qüdrətli olsada bağışlayandır. Hesablaşmaya gəldikdə, O, müstəsna edən və rəhməti ilə hesab çəkəndir. Peyğəmər (s) buyurdu: “Bu kişi doğru deyir. Allahdan böyük kərəm sahibi yoxdur. O Kəramətlilərin ən Kərimi, böyüklərin ən Böyüyüdür.” (İslaminSesi) Oxşar xəbərlər
|