ORUC
Müəllif: Admin
Tarix: 2-06-2017, 21:58

 Quran:

«Ey iman gətirənlər! Sizdən qabaqkılara təyin olunduğu kimi, sizlərə də oruc təyin olundu. Bəlkə təqvalı olasınız.»

Allahın Peyğəmbəri (s): «Oruc tutmağı sənə tövsiyə edirəm ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan götürər.»
Allahın Peyğəmbəri (s): «Hər şeyin zəkatı var, bədənin zəkatı da orucdur.»
Allahın Peyğəmbəri (s): «Oruc tutun ki, sağlam olasınız.»
Allahın Peyğəmbəri (s): «Oruc tutan öz yatağında yatsa belə, müsəlmanının qeybətini etməyincə, Allaha ibadət halındadır.»
Allahın Peyğəmbəri (s): «Hər bir oruc tutan, yemək yeyən şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha təsbih söylər, mələklər ona salam göndərər və dua edərlər. Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə olar.»
Allahın Peyğəmbəri (s): «Oruc od qarşısında bir sipərdir.»
Xanım Fatimeyi Zəhra (s.ə): «Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir.»
İmam Baqir (ə): «Oruc və həcc qəlblərə rahatlıq bəxş edər.»
İmam Sadiq(ə): «Allah-taala buyurur: Oruc Mənim üçündür və onun mükafatını Özüm verəcəyəm.»
İmam Sadiq (ə): «Oruc tutanın yuxusu ibadət, sükutu təsbih, əməli qəbul olunmuş və duası müstəcabdır.»
İmam Sadiq(ə): «Oruc tutanın iki sevinci var: bir sevinci iftar vaxtı və digəri öz Rəbbi ilə görüşəndədir»
İmam Sadiq(ə): «Oruc tutana iftar verənin savabı, oruc tutanın savabı qədərdir.»[294]İmam Əskəri (ə) (orucun vacib olmasının səbəbini bəyan edərkən): «Varlı aclıq dərdini dadsın və yoxsula kömək etsin.»
İsti havada və qışda oruc tutmağın fəziləti
Allahın Peyğəmbəri (s): «Qışın orucu fərəh bəxş edən bir qənimətdir.»
İmam Sadiq(ə): «Ən üstün cihad, isti havada oruc tutmaqdır.»
İmam Sadiq(ə): «Qış fəsli möminin baharıdır. Gecəyarı ibadəti üçün onun uzun gecələrindən kömək alar və oruc tutmaqdan ötrü qısa gündüzlərində imdad axtarar.»
 
 
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031