Həqiqi tövbə edənin 4 nişanəsi
Mьəllif: admin1
Tarix: 9-01-2022, 11:49
Həqiqi tövbə edənin 4 nişanəsi
Həzrət Peyğəmbər (s) buyurur: “Allah, bəndəsinin tövbəsindən övladı olmayan insanın övlad sahibi olmasından, itirdiyini tapan insandan daha çox sevinər”.

Həqiqi tövbə edənin nişanələrini necə tanıyaq? Özümüzdə hansı cəhətləri görməliyik ki, bilək ki, tövbəmiz xalisdir?

Həzrət Peyğəmbər (s) buyurur: “Tövbənin edənin nişanəsi 4 şeydir: Allah üçün xalis əməl, batili buraxmaq, haqqa sadiq qalmaq, xeyir işə həris olmaq”.

Bu mövzuda Həzrət Əlidən (ə) mübarək hədis qeyd edilir. Hədisdə həm həqiqi tövbə edən, həm də yaxşı işlərdə tələsən əhatə olunmuşdur. Əmirəl-möminin (ə) buyurur: “Dünyada iki nəfərdən başqası üçün xeyir olmaz: Biri o kəsdir ki, günahını tövbə ilə aradan qaldırar. O birisi isə o kəsdir ki, yaxşı işlərdə tələsər”.

Bu sırada böyük alimlərimizin yönəltmələri də xüsusi önəm kəsb edir. Rəhmətlik İmamın (r) müəllimi olan Ayətullah Şahabadi buyurmuşdur: “Nə zaman günah etsəniz, sonra tövbə etsəniz və əgər görsəniz ki, Həzrət Zəhranın (s.ə) sevgisi hələ də qəlbinizdədir – ümidvar olun”.

Allah Təala bizləri ümidavar olanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031