ALLAH CİHADA ÇAĞIRIR
![]() «Ənkəbut» surəsinin 69-cu ayəsində buyurulur: «Bizim yolumuzda çalışanları öz yollarımıza mütləq yönəldərik. Çünki Allah yaxşı iş görənlərlədir». İmam Sadiq (ə) buyurur: «Xoş o bəndənin halına ki, Allahın razılığı üçün öz nəfsinin istəkləri ilə cihad edir». İnsanla Allah arasında ən qalın hicab nəfsi-əmmarədir. Bu hicabı aradan qaldırmaq üçün Allahın zikri, orucun aclıq və susuzluğu, ibdətin yuxusuzluğundan daha güclü bir silah yoxdur. İnsanlıq yolunda qədəm atan bir şəxs Allahın yardımından bəhrələnir. Həzrət Məhəmməd (s) o qədər namaz qılardı ki, mübarək ayaqları şişərdi. O, öz ibadəti ilə ümmətə nümunə göstərər, onları zəhmətə, dözümə çağırardı. Dözümsüz, zəhmətsiz ibadətin şirinliyini duymaq qeyri-mümkündür. Nəfslə cihad silahlı cihad kimidir. Hər zərbədən sonra düşmən zəifləyir. Allah-təala buyurur: «Ey iman gətirənlər, əgər Allaha (Allahın dininə) kömək etsəniz, Allah da sizə yardım edər və qədəmlərinizi sabitləşdirər». Əksinə, insan süsləştdikcə düşmən daha da cəsarətlənir və insanın qəlbi qarış-qarış onun əsarəti altına düşür. Oxşar xəbərlər
|