Hansı hallarda təyəmmüm etmək lazım gəlir?
Mьəllif: admin1
Tarix: 21-01-2022, 20:21
Hansı hallarda təyəmmüm etmək lazım gəlir?
Bir neçə halda dəstəmaz və ya qüsl əvəzində təyəmmüm etmək zəruridir:

1. Vaxt dar olduqda, dəstəmaz və ya qüsl verməklə namazın bir hissəsinin vaxtı ötəcəksə, təyəmmüm edilməlidir.

2. Su olduğu halda dəstəmaz alsa xəstələnəcəyindən qorxan və bu xəstəliyin uzanacağından ehtiyatlanan, müalicənin çətinliyini bilən şəxs təyəmmüm etməlidir.

3. İnsan yaşadığı məntəqədə su tapa bilməzsə və axtarış apardıqdan sonra suyun əldə ediləcəyindən ümidini üzərsə təyəmmüm etməlidir.

4. Quyuda su olduğu halda onu çıxarmaq üçün bir vasitə yoxdursa və su əldə etmək mümkün deyilsə, təyəmmüm etmək lazımdır. Su adətən insanların dözə bilmədiyi bir məşəqqətlə əldə edilirsə, təyəmmüm etmək olar.

5. Əgər ixtiyarında azca su olan şəxs dəstəmaz alıb qüsl verdikdə bədənini və (əlavə libası olmadığı təqdirdə) libasını təmizləməyə su qalmayacaqsa, bədənini və libasını təmizləməli, namaz üçün təyəmmüm etməlidir.

6. Kifayat qədər su olduğu halda dəstəmaz və qüslə işlədilsə özünün, övladının, dostlarının və yoldaşlarının susuzluqdan öləcəyindən və ya xəstələnəcəyindən, eləcə də böyük zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm etməlidir.
(Maide)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031