Quranda ən çox ziyan görən kəslər kimi kimlər göstərilib?
Mьəllif: admin1
Tarix: 23-07-2020, 22:47
Quranda ən çox ziyan görən kəslər kimi kimlər göstərilib?
“(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?». Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı görmələrini sanan kəslərdir”. (“Kəhf” 103-104).

İnsanların iki həyatı olar: dünya və axirət həyatları. İnsan üçün ən böyük hədəf – bu iki dünyada müvvəffəq olmaq və yaxşı nəticə əldə etməkdir.

“Onlardan bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (Cəhənnəm) odun(un) əzabından qoru»”. (“Bəqərə” 201).

Bəzi insanlar vardır ki, dünyada müvəffəq, axirətdə isə ziyan görənlərdir. Ancaq onlardan da ən pisi o kəslərdir ki, həm dünyalarını əldən verirlər, həm də axirətlərini. Bu insanlar – həqiqi ziyangörən insanlardırlar.

“Onlar öz Rəbblərinin (tovhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq”. (“Kəhf” 105).

İmam Əlinin (ə) nəzərinə görə, ziyan görmüş kəslər bunlardır: “Onlar kitab əhlidirlər ki, Allahlarına küfr etmiş və dinlərində bidət etmiş və əməllərini məhv etmişdilər”.

“Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar”. (“Maidə” 82).

Bu ayə ilə bağlı İmam Baqir (ə) buyurur: “Xaçpərəstlər, keşişlər, rahiblər, şübhə əhli, nəfsani istəklərinin ardınca gedən müsəlmanlar, xəvaric və hər kim bidət icad edər – bu ayənin nümunələrindən olar”.

İmam Kazımın (ə) nəzərində isə ən ziyangörmüş kəslər – o kəslərdir ki, həcc əməllərini təxirə salmışdılar.

Beləliklə deyə bilərik ki, Quran ayələri və hədislərimiz ən çox ziyan görmüş kəsləri o kəslər adlandırır ki, həm dünyalarını bada verirlər, həm də axirətlərini əməlləri ilə puç edirlər. Dinlərində bidət yaradır və Allaha şərik qoşurlar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829