İmam-camaatın rükusuna çatmadığı təqdirdə məmumun vəzifəsi
Mьəllif: admin1
Tarix: 31-01-2023, 10:33
İmam-camaatın rükusuna çatmadığı təqdirdə məmumun vəzifəsi
Sual: İmam-camaat rükuda olarkən təkbirətül-ehramı deyən, lakin imam-camaatın rükusuna çata bilməyən məmumun vəzifəsi nədir?

Cavab: Əgər məmum rükuya gedibsə, namazı fərdi olar və namazı düzgündür. O, camaat namazına qoşula bilmək üçün niyyətini müstəhəb namaza dəyişə bilər.

Yox əgər rükuya getməyibsə, həm fərdi namaz niyyəti edə bilər, həm də imam-camaatın növbəti rəkət üçün ayağa qalxmasını gözləyə bilər və bunu özünün birinci rəkəti hesab edə bilər.

Amma əgər imam-camaatın ayağa qalxması, “bu şəxs camaat namazı qılır” deyilməyəcək qədər çox uzun çəksə, o, fərdi namaz niyyəti etməlidir.(Ali Məqamlı Rəhbər)
Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30