Vədə nədir, vəid nədir? Vəid nə vaxt işə salınmır?
Mьəllif: admin1
Tarix: 17-01-2022, 22:09
Vədə nədir, vəid nədir? Vəid nə vaxt işə salınmır?
Allah əgər vədə verərsə, həmin vədəsinə əməl edər. Ancaq imkan vardır ki, Allah vəid etsin. Yəni, həmin iş üçün əzab və ya cəza təyin etsin. Və ya bir bəhanə ilə həmin şəxsi bağışlasın və xatasından keçsin.

Vədə - lüğətdə əhd mənasını verən kəlmədir. Yəni, bir işi görmək üçün üzərinə öhdəlik götürürsən. Bu iş xeyir də ola bilər, şər də.

Vəid – deyildikdə, vədədən götürülmüş xəbər nəzərdə tutulur ki, ancaq mənfi səciyyəli vədələr barəsində istifadə olunur.

Bu iki kəlmə arasındakı əsas fərq – onların istifadəsindədir. Vədə sözü həm xeyir və həm də şər işlərdə istifadə olunur, vəid isə ancaq mənfi işlərində istifadə olunur.

Vədə ilə vəid sözünün başqa bir fərqi isə budur ki, Allah verdiyi hər bir vədəsinə əməl edəndir və elə olmamışdır ki, vədə versin və ona əməl etməsin. Ancaq vəidə əməl etməmək bəzən bəyənilən hesab olunur, yəni cəza və əzab verməmək. Allah bu yolla öz kərəmini izhar edər.

Misal üçün fərz edin ki, bir ana uşağına deyir ki, əgər filan işi görsən, mən sənə cəza verəcəyəm. O zaman ki, bu uşaq həmin qəbahətli işi görər, ana onu cəzalandırmaq yerinə, əksinə qucağını açıb onu ağuşuna basar və bu yolla səhvini başa salmağa çalışar.

Ancaq vəid üçün müəyyən qanunlar vardır ki, Allah onlardan keçmir.

Belə ki, vəid əgər haqqun-nasa görədirsə, heç bir zaman onu bağışlamır və bəndələrinin haqqından keçmir. Məgər o halda mümkündür ki, Allah Qiyamət günü zülm görmüş insanı razı salsın və zay olmuş haqqının əvəzini başqa cür versin.

Vəid – insanda qorxu hissi yaradan əməldir. Belə ki, əgər insan onun hansı əmələ görə verildiyini bilirsə, çalışar ki, həmin əməldən çəkinsin. Və ya daha çox ehtiyat etsin.

Allah Təala da Quranda bəzən insanları qəflətdən ayıltmaq üçün vəidlər verər. “Biz bunu (bu kitabı) ərəbcə bir Qur’an olaraq nazil etdik və onda hər cür xəbərdarlıq və təhdid gətirdik ki, bəlkə (düşmənçilik və inadkarlıqdan) çəkinsinlər”. (“Taha” 113).

Allahın rəhməti qəzəbini üstələyir. Baxmayaraq ki, Allah bəzi əməllər üçün cəza təyin etmişdir, ancaq tövbə qapısını həmişə açıq qoymuşdur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930