İşimizin sərlövhəsi olmalı 3 məsləhət
![]() Şagirdlərindən biri onunla bağlı xatirələrində demişdi: “Ayətullah Kuhesataninin ömrünün son günləri idi. Mən alimin ziyarətinə gəlmişdim. Lakin həkimlər onunla görüşü qadağan etmişdilər. Ancaq mən övladlarının yardımı ilə alimi ziyarət edə bilmişdim. Elə o halda belə, dili zikr deyir və Məhbubunu anmaqdan dayanmırdı. Bəzən də Quran ayələri oxuyurdu. Sonra da nalə çəkir və möhkəm səslə ağlayırdı. Bu halda ondan mənə nəsihət verməsini istədim. Buyurdu: “Üç şeyi işinin sərlövhəsi qərar ver: 1. Quranla birlikdə olun, ondan ayrılmayın. 2. Gecə namazını tərk etməyin. 3. Namazı əvvəl vaxtında qılın”. Bu böyük alim sonra buyurdu: “Şeytandan (lən) ehtiyatlı olun ki, hər bir insanı aldatmaq üçün hazırdır. İndi ömrümü başa vururam və dünyada qalmaq üçün vaxtım qalmamışdır. Bütün azuqəmi toplamışam. Sadəcə karvanı gözləyirəm ki, axirət karvanına qoşulum. Bu halda şeytan məni vəsvəsə etmək istəyir”. Alim yenə yüksək səslə nalə çəkdi. Mən alimin əlini öpdüm və oradan ayrıldım. Bir neçə gün sonra Məşhədin elmi hövzəsi matəmə batdı və alimin cənazəsini torpağa tapşırdılar. /Deyerler.org/ Oxşar xəbərlər
|