Əşyaların pak olub olmaması haqda şəkkin şəri hökmü nədir?
![]() Bəzən insan bir şeyin nəcis (murdar) olub olmaması barədə şəkk edir: Körəsən su murdar oldumu? Görəsən üstümə qan sıçradım? Və başqa bu kimi şəkklər. Fəqihlərin ümümi nəzəri budur ki, libasın və bu kimi şeylərin murdar olub olmamasında, yaxud murdar bir şeyin pak olub olmamasında şəkk edilərsə höküm əvvələ qayıdır. Yəni şəkk edilmiş əşya əvvəl pak idisə sonradan nəcis olmasında şəkk edilirsə o zaman paklığına hökm olunur (hesab olunur). Yaxud əksinə olarsa, nəcis idisə və paklaşmağına şəkk olunursa demək nəcisdir. Məsələn: Qab murdar idi, yuyub yumamasında şəkk ounarsa nəcisdir. Yaxud qab pak idi. Nəcis olmasında şəkk edərsə pakdır. Paltar və bu kimi şeylərin də hökmü də bu cürdür. Oxşar xəbərlər
|