Təhlükədən amanda qalmaq, itən şeyi tapmaq, Qiyamət günü şad gəlmək – “Əbəsə” surəsinin fəzilətləri
Mьəllif: admin1
Tarix: 2-01-2018, 16:45
Təhlükədən amanda qalmaq, itən şeyi tapmaq, Qiyamət günü şad gəlmək – “Əbəsə” surəsinin fəzilətləri
“Əbəsə” surəsi Quranın 80-cı surəsidir ki, Məkkədə nazil olmuşdur və 42 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: “Hər kim “Əbəsə” surəsini oxuyar, Qiyamət günü elə gələr ki, şad və sevincli olar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Əbəsə” surəsini oxuyar, behiştdə Allahın bayrağı altında və Allahın kəramətinə şamil olmuş halda olar”.

Həzrət (ə) başqa yerdə buyurur: “Hər kim yağış yağan zaman bu surəni oxuyarsa, Allah yağışın damcıları qədər günahlarını bağışlayar”. (Beytutə)

“Əbəsə” surəsinin bərəkətləri:

1. Təhlükədən amanda qalmaq. İmam Sadiq (ə) buyurur: “Əgər müsafir yolda “Əbəsə” surəsini oxuyarsa, səfərdə qarşısına çıxacaq təhlükələrdən çəkindirilmiş olar”.

Həzrət (ə) başqa yerdə buyurur: “Hər kim “Əbəsə” surəsini kağıza və ya ağ dəriyə yazarsa və hara gedərsə özü ilə gəzdirərsə, yolunda xeyir və yaxşılıqdan başqasını görməz. Allahın izni ilə təhlükələrdən Amanda olar”.

2. İtən şeyi tapmaq. Bu surəni oxumaq itən şeyin tapılmasına səbəb olar.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031