İmam Həsən Əskəridən (ə) hər kəs üçün faydalı olan 12 nəsihət
Mьəllif: admin1
Tarix: 4-10-2022, 21:45
İmam Həsən Əskəridən (ə) hər kəs üçün faydalı olan 12 nəsihət
Allah kəlamı və öz elmini Allahdan alan məsumlərin (ə) sözləri insanların dünya və axirət səadətinə qovuşması üçündür.

İmam Həsən Əskər (ə) Allah Təalanın insanlar üçün seçdiyi 11-ci imamıdır. Peyğəmbər (s) və imam (ə) kəlamı ilahi hikmət çeşməsindən süzülüb gələn bir nurdur.

İmam Həsən Əskəri (ə) Allahın yer üzündə imamı olaraq, elm və hikmət çeşməsindən bəhrələnərək insanlara bir neçə nəsihət və tövsiyə edib.

Hədis yazarlar da bu dəyərli kəlmələri yazaraq qoruyub bizə qədər gətirib çıxarıblar. İmam (ə) buyurub:

Sizə vəsiyyət və sifariş edirəm:

1 – Allahdan qoxmağı, dində pəhrizkar olmağı və dinə diqqətli olmağı

2 – Allah üçün, Allah dini üçün çalışqan olmağı

3 – Pis və ya yaxşı adam olmasından aslı olmayaraq hər kəsin əmanətinə vəfalı olmağı

4 – Səcdələrininzi uzatmağı

5 – Qonşularla xoş davranmağı vəsiyət edirəm. Əgər belə etsəniz deyərlərki, bu şəxs Əhli-Beyt (ə) davamçısıdır. Bu zaman mən sizinlə fəxr edərəm.

6 – Bizim üçün bəzək olun, bizə üz qarası olmayın.

7 – Dostlarınızı bizə (ə) tərəf cəlb edin. Çirkinliyi bizə (ə) nisbət verməkdən uzaq olun. Bizə nə yaxşılıq nisbət verilsə biz onun əhliyik, nisbət verilən bütün pisliklərdən uzağıq. Allah Quranda Peyğəmbər (s) və Əhli-Beytinə (ə) paklığ nisbət verib.

8 – Bizdən başqa hər kim imamət məqamını özünə nisbət versə yalançıdır.

9 – Allahı çox- çox xatırlayın.

10 – Ölümü çox- çox xatırlayın.

11 – Quranı çox oxuyun

12 – Peyğəmbər (s) və ailəsinə çox salavat zikr edin. Bu salavatın 10 bərəkətli faydası vardır.

Sizə olan vəsiyətimi əməl edərək qoruyun. Sizi Allaha tapşırıram. Sizə salam deyirəm.

Mənbə: Tuhəful-uqul səh-350.

Sireye çəhardəh məsum (ə) -967

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930