Sənin qulağına “Bismillah”ı oxuyan mənim qulağıma “Vələzzallin”ə qədər oxuyub
![]() Nəhayət bir gün həzrət Əmirəl-möminin Əliyə (ə) təvəssül etdim. Axşam yuxuda gördüm ki, həzrətin hüzurundayam. Əmirəl-möminin Əli (ə) mənim qulağıma “Bismillahir-Rəhmanir-Rəhim”i oxudu. Səhəri gün dərsə gələndə artıq dərsi başa düşürdüm. Yavaş-yavaş dərslərimdə irəliləyiş olmağa başladı. Bir neçə gündən sonra artıq sinifdə mən də mövzu haqqında öz fikrimi söyləyirdim. Bir gün dərsdə Şeyxlə çoxlu bəhs edib ona iradlar tutdum. Həmin gün dərs qurtarandan sonra Şeyxin hüzuruna getdim. O, yavaşca qulağıma pıçıldayıb dedi: “Sənin qulağına “Bismillah”ı oxuyan mənim qulağıma “Vələzzallin”ə qədər oxuyub.” O, bunu deyib getdi. Mən bu işdən çox təəccübləndim və başa düşdüm ki, Şeyx Ənsari kəramət sahibidir, çünki o vaxta qədər yuxumu heç kimə danışmamışdım.” www.ahliman.info Oxşar xəbərlər
|