Ayətullah Behcətin nəvələri ilə rəftarı
![]() Mahmud kitab şkafından bir kitabı götürər və yerə uzanıb onu vərəqləyərdi. Alim soruşardı: - Nə edirsən? Mahmud deyərdi: - Ağacan, lütfən mane olma, dərsim vardır! Bu sözlər alimin gülməyinə səbəb olardı. Mahmud da ayağa qalxar və gedərdi. Sanki vəzifəsi babasını güldürmək olardı. O zaman ki, Ayətullah Behcət evdə olardı, meydan nəvələrində olardı. Heç kəsin cürəti çatmazdı ki, onlarla kobudluq etsin. Alim deyərdi: - Onlar məsumdurlar və cazibəli olmaqlarının səbəbi də ismətlərindədir. Ayətullah Behcət hər gün nəvələrinə tövsiyə edərdi ki, dörd “Qul” surələrini (“Tövhid”, “Nas”, “Fələq”, “Kafirun”) və “Ayətül-kürsü”nü oxusunlar. Özü isə onlara belə dua edərdi: «اَللّٰهُمَّ اجْعَلْهُ فٖی دِرعِکَ الحَصٖینَةِ الَّتٖی تَجْعَلُ فٖیهٰا مَنْ تُرٖیدُ.» /Deyerler.org/ Oxşar xəbərlər
|