Həzrət Peyğəmbərin (s) neçə övladı olmuşdur?
Müəllif: admin1
Tarix: 20-06-2022, 20:47
Həzrət Peyğəmbərin (s) neçə övladı olmuşdur?
Həzrət Peyğəmbərin (s) həyatı boyu yeddi övladı olmuşdur ki, onlardan birindən başqa qalanları Həzrət Xədicədən (s.ə) olmuşdular. Bu rəqəmi bəziləri səkkiz də deyirlər ki, bu, səhvdir. Çünki Həzrətin üç oğlu və dörd qızı olmuşdur.

Belə ki, nəql edilir: “Peyğəmbərin (s) yeddi övladı olmuşdur. 3 oğlu və 4 qızı ki, onlardan birindən başqa qalanları Həzrət Xədicədən (s.ə) dünyaya gəlmişdilər. İbrahimin anası isə Mariyə Qəbəti idi.

Peyğəmbərin (s) dünyada olan zaman iki həyat yoldaşı dünyasını dəyişmişdir. Ondan sonra Həzrət Fatimədən (s.ə) başqa heç bir övladı dünyada qalmamışdır. Fatimə (s.ə) də atasının vəfatından üç ay sonra dünyasını dəyişmişdir”.

Hişam ibni Muhəmməd ibni Saib Kələbi atası Əbu Salehdən nəql edir ki, İbni Abbas demişdir: “Peyğəmbərin (s) besətindən əvvəl Məkkədə dünyaya gələn ilk övladı Qasim olmuşdur. Həzrətin (s) künyəsi də məhz bu övladının adı ilə bağlıdır. Ondan sonra Zeynəb, Ruqəyyə, Fatimə (s.ə), Ümmil-Gülsüm dünyaya gəlmişdilər.

Besətdən sonra Həzrətin (s) Abdullah adlı və Tahir ləqəbli bir oğlu olmuşdur. Onların hamısının anası Həzrət Xədicə (s.ə) olmuşdur. O zaman ki, Həzrətin (s) oğlanları ölür, As ibni Vail deyir ki, onun nəsli kəsilmişdir. Bu sözlərdən sonra Allah Təala “Kövsər” surəsini nazil edir və onun dediklərini inkar edir”.

Vaqidinin nəql etdiyinə görə, Qasim vəfat edən zaman iki yaşı var imiş.

Beləliklə deyə bilərik ki, Peyğəmbərin (s) yeddi övladı olmuşdur ki, onlardan üçü oğlan və dördü qız övladı olmuşdur. Onlardan birindən başqa, yəni İbrahimdən başqa qalanlarının anası Həzrət Xədicə (s.ə) olmuşdur. Həzrət Fatimədən (s.) savayı heç bir övladı sağ qalmamışdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930