Ağacın tövhid və nübuvvətə şahidliyi
Mьəllif: admin1
Tarix: 15-12-2017, 19:40
Ağacın tövhid və nübuvvətə şahidliyi
Həzrət Peyğəmbər (s) səfər edən zaman bir səhra ərəbi ilə rastlaşır. Həzrət (s) buyurur: “İstəyirsənmi ki, səni yaxşılıqlara tərəf hidayət edim?”.

Ərəb dedi: “O, nədir?”.

Həzrət (s) buyurdu: “Şəhadət ver ki, yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) Onun bəndəsi və rəsuludur”.

Ərəb dedi: “Bu mövzu ilə bağlı dəlilin və şahidin vardırmı?”.

Həzrət Peyğəmbər (s) buyurdu: “Bu ağac mənim iddiamın şahididir”.

Həzrət (s) ağacı çağırdı və ağac torpağı yarıb gəldi və onun qarşısında dayandı. Peyğəmbər (s) ondan şəhadət istədi. Ağac da Həzrətin (s) peyğəmbər olduğuna şəhadət verdi. Sonra əvvəlki yerinə geri qayıtdı.

Ərəb İslamı qəbul etdi. Həzrət Peyğəmbərə (s) dedi: “Əgər qəbiləm mənim ardıcılım olsa, onları sənin xidmətinə gətirəcəyəm. Əks halda özüm gələcəyəm və sənə xidmət edəcəyəm”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30