Namazda Fatihədən sonra surəni tam oxumaq vacibdirmi?
Mьəllif: admin1
Tarix: 8-12-2017, 17:42
Namazda Fatihədən sonra surəni tam oxumaq vacibdirmi?
Gündəlik vacib namazlarda Fatihədən sonra bir surə oxunmalıdır. Hədislərdə və fəqihlərin fətvalarında buyurulur ki, namazlarda İxlas surəsi tərk edilməsin. Xüsusən də ikinci rəkətdə Fatihədən sonra.

Bəs Həmddən sonra oxunan hər hansı bir surənin yarsını oxuya bilərikmi? Bu surə tam oxunmalıdır?

Cavab:
Ayətullah Xamenei:
Ehtiyat vacib budur ki, Həmddən sonra bir tam surə oxunsun. Əgər vaxtın azlığı və ya başqa qorxu olarsa gərək surə oxumasın.

Ayətullah Sistani:
Bəli. Ehtiyat vacibə görə surə tam oxunmalıdır.

Ayətullah Məkarim Şirazi:
Ehtiyat vacibə görə Qurani Kərimdən tam bir surə oxusun.

Ayətullah Nuri Həmədani:
İnsan gərək gündəlik namazlarında Həmddən sonra tam bir surə oxusun.

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930