Müsəlman dünyası vəhdət həftəsini qeyd edir
![]() İslam ölkələrində gedən münaqişələrin əsas səbəblərindən birinin məzhəbçilik amili olduğu aydındır. Suriya, İraq, Bəhreyn, Əfqanıstan və digər müsəlman ölkələrində baş verən münaqişələrin həllində birlik həftəsi kimi dəyərlərin olmaması, münaqişələrin intensivləşməsinə səbəb olub. Buna görə də müsəlmanlar birlik həftəsini daha yaxından qavramalı və yaşamalıdırlar. Qurani-kərim ayələrinə əsasən, Allah İslam peyğəmbərini(s) insanlara və xüsusilə müsəlmanlara hidayət və mərhəmət əlaməti kimi göndərib. Belə şəxsiyyətin doğum günü, təbii ki, insanların və əsasən müsəlmanların birliyinə səbəb olmalıdır. Ümüd edirik ki, rəbiul-əvvəlin 12-dən başlayan bu Vəhdət və birlik bir həftə boyu deyil, daimi olsun. Oxşar xəbərlər
|