Zühur zamanı Qaimin (ə.f) çətinliyi
Mьəllif: admin1
Tarix: 27-11-2017, 21:47
Zühur zamanı Qaimin (ə.f) çətinliyi
Həzrət Mehdinin (ə.f) zühur dövründə əsas çətinliklərindən biri də cəmiyyətdə Allah dini ilə bağlı yanlış düşüncənin rəvac tapmasıdır. Bu sayaq yanlışlıqlar əsrlər boyu cəmiyyətdə kök atmışdır. Müsəlmanlıq iddiasında olub, dini təlimləri təhrif edən şəxslə mübarizə aparmaq kafirlə mübarizədən daha çətindir. Quran ayələri və hədisləri yanlış təfsir edənlər üç hissəyə bölünür:

1. Dünyapərəst və asılı ruhanilər;

2. Sərmayədarlar və kübarlar;

3. Adı müsəlman olan hökumətlər.

İmam Sadiq (ə) buyurur: “Zühuru zamanı Qaimin (ə.f) cahillərdən çəkdiyi əziyyət Peyğəmbərin (s) cahil xalqdan çəkdiyi əziyyətdən də ağır olacaq. Peyğəmbər (s) zühur edən vaxt xalq daşa-taxtaya pərəstiş edirdi. Qaim zühur etdikdə isə insanlar öz mövqelərini Quran ayələri ilə sübut etmək istəyəcək.”[1]



www.ahliman.info

[1] Nümani, Əl-Ğeybət, səh/297
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930