İlk şəriət sahibi olan Hz. Nuha (ə) qədər hansı şəriət mövcud olub?
![]() Bəs ilk şəriət sahibi Hz. Nuh peyğəmbərdirsə Hz. Adəmdən Hz. Nuha qədər zamanda hansı şəriət hakim olub? Mərhum Əllamə Təbətəbai bu sualı və bu sualla bağlı bir neçə sualı cavablandırıb. 1-Hz. Adəmin şəriəti olubmu? Cavab: Xeyir din və şəriət Hz. Nuhun zamanından başlayıb. Necəki bunu aşağıdakı ayə də təsdiq edir: (Ya Peyğəmbər!) Allah Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!' – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi (Şura-13). Bu ayənin mənası budur ki, Hz. Nuhdan qabaq heç bir şəriət hakim olmayıb. Yəni xüsusi şəri qanunlar təyin edilməyib. Camaat ümümi qanunlara əməl edirdi. 2-Bəs camaat Hz. Nuhdan qabaq hansı din və şəriət ardınca idilər? Cavab: Hz. Adəmnin vaxtından Hz. Nuha qədər olan vaxtda insanların həyat tərzi və yaşamı çox sadə idi. İnsanlar arasında əqidədə, fikir, məzhəb ayrılığı yox idi. Həmçinin onlar arasında mühüm ixtilaf yox idi. 3- Bəs Hz. Adəm və ardıcılları hansı şəriətə əməl edirdilər? Cavab: O zaman bir ümümi silsiləvi etiqad və ümümi əxlaqi bir toplu (qanunlar məcmusu) mövcud idi. Y.Nuriyev Oxşar xəbərlər
|