Ərbəin ziyarətində ərbəin müraciəti
Mьəllif: admin1
Tarix: 26-09-2021, 23:39
Ərbəin ziyarətində ərbəin müraciəti
“Salam olsun məzlum şəhid Hüseynə (ə), salam olsun aləmin çətinliklərinin əsirinə, göz yaşı üçün öldürülmüşə! Allahım, mən şəhadət verirəm ki, o Həzrət Sənin Vəlin və Vəlinin övladıdır.

Sənin seçilmişin və Sənin seçilmişinin övladıdır ki, lütf və kəramət ilə xilas olmuşlardan oldu. Sən ona şəhadət məqamını əta edərək əziz tutdun və ona xüsusi səadət nəsib etdin”.


Bu nurani sözlər “Ərbəin” ziyarətindəndir. Bu ziyarəti diqqətlə oxuyan zaman başa düşürük ki, bu qısa cümlələrdə nə qədər böyük və dərin məna gizlənir.

Bu ziyarətnamə İmam Sadiq (ə) tərəfindən İmam Hüseynə (ə) xitab edilərək, yazılmışdır. Səfvan ibni Məhran onu çap etmiş və Əhli-beyt (ə) davamçılarına çatdırmışdır. Bu gün bizlər üçün ən ibrətverici dərs ola bilər.

Bu nurani ziyarətdə dəfələrlə şəhadət və cihad kəlməsi işlənmişdir. Bu da difanın Əhli-beyt (ə) məktəbində nə qədər əhəmiyyətli mövzu olduğunu göstərir.

Əlbəttə hər birimiz bilirik ki, Allah yolunda şəhid olmağın məqamı necə başqa insani dəyərlərdən uca və üstündür.

Həzrət Peyğəmbər (s) bu hadqa buyurur: “Hər bir yaxşılıqdan uca o yaxşılıqdır ki, insan Allah yolunda şəhid olar. O zaman ki, Allah yolunda şəhid oldu, artıq ondan uca yaxşılıq mövcud deyildir”.

“Ərbəin” ziyarətində oxuyuruq: “Salam olsun xalis bəndəyə, Allahın xalis bəndəsinin övladına, salam olsun məzlum şəhid Hüseynə (ə)!”.

Bəndə olmaq – İmam Hüseyn (ə) məktəbinin əsl meyarını təşkil edir. İnsan əgər xalis bəndə məqamına çatmazsa, heç bir zaman kamala çatmaz.

Allah Təala Quranda buyurur: “And olsun uzun, möhkəm səf bağlayanlara (Allah itaəti üçün cərgəyə durmuş mələklərə; camaat namazında səfə durmuş möminlərə; cihad üçün cərgəyə düzülmüş əsgərlərə)”. (“Saffat” 1).

Allah Təala başqa yerdə xalis bəndəliyi elm və İlahi rəhmətin mənşəyi hesab edir.

Buyurur: “Beləliklə, Bizim, Öz tərəfimizdən bir rəhmət (vəhy və nübuvvət, uzun ömür, gözlərdən gizlin qalmaq və həyatda insanlardan ehtiyacsızlıq) verdiyimiz və Öz yanımızdan elm (yaradılış aləminin səbəb və nəticələri barəsində bilənin boynuna vəzifə qoyan elm) öyrətdiyimiz və vasitəsiz ilham verdiyimiz bəndələrimizdən birini (Xızır peyğəmbəri) tapdılar”. (“Kəhf” 65).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930