CÜMƏ AXŞAMI - DUAYA MÜNASİB GÜN
![]() İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətdə buyurulur ki, bəzən Allah xeyir olaraq, möminin duasını təxirə salıb, cümə vaxtı qəbul edər. (“Биһарул - әнвар”, 86-273.) Elə həmin mənbədə başqa bir hədisdə buyurulur: “Oğlanları Həzrəti Yəqubdan günahlarının bağışlanması üçün dua istədikləri vaxt, o bu duanı cümə axşamınadək təxirə saldı.” İmam Baqir (ə) buyurur: “Allah-Taala hər cümə axşamı bir mələyə göstəriş verir ki, gecənin əvvəlindən sonunadək Onun adından belə nida etsin: “Sübh açılmamış dünya və axirəti üçün bir mömin bəndə məni çağıracaqmı ki, duasını yerinə yetirim? Sübh açılmamış bir mömin bəndə günahdan tövbə edəcəkmi ki, onun tövbəsini qəbul edim? Sübh açılmamış bir mömin bəndə ruzi istəyəcəkmi ki, onun ruzisini artırım? Sübh açılmamış bir xəstə mömin istəyəcəkmi ki, ona şəfa verim? Görəsən bir məhbus mömin sübhdən qabaq dua edəcəkmi ki, onu zindandan qurtarım? Görəsən haqqında zülm edilmiş bir mömin sübhdən qabaq Məni çağıracaqmı ki, zalımdan intiqam alıb, onun haqqını qaytarım?” Bəli, bu mələk sübh açılanadək nida edər.” (“Биһарул - әнвар”, 86-282.) Cümə axşamı üçün bir sıra namazlar, dualar və zikrlər müəyyənləşdirilmişdir. Dualar arasında “Kumeyl” duasının xüsusi yeri vardır. Oxşar xəbərlər
|