O evdə ki, Əhli-beytin (ə) rövzəsi oxunur, həmin ev şeytandan uzaq olar
Müəllif: admin1
Tarix: 12-08-2021, 11:17
O evdə ki, Əhli-beytin (ə) rövzəsi oxunur, həmin ev şeytandan uzaq olar
Allahı yada salmaq bizi ancaq yaxşı əməllərə tərəf yönləndirər və bizi İlahi rəngə boyayar. Allahı yada salmaq lənətlik şeytanı qovar. Allahdan gözəl yavər və yardımçı yoxdur. Ona görə də hər bir əməlimizdə Allahdan yardım almalı və ona təvəkkül etməliyik.

Allaha yaxın olmağın başqa bir yolu da vardır ki, bu da Əhli-Beytə (ə) təvəssül etməkdir. İmam Sadiq (ə) buyurur: “Əgər hadisə baş versə, bizdən yardım alın və Allahdan kömək istəyin”.

Əhli-Beyt (ə) bizimlə Allah arasında vasitədir ki, Allah onların xahiş və istəklərini geri çevirməz. Hər kim onlara çəng vurar, Allahın kəndirinə çəng vurmuş olar. Əhli-Beytə (ə) çəng vurmaq dedikdə isə onlara təvəssül etmək nəzərdə tutulur.

Təvəssülün növlərindən biri də ziyarətdir. İmam Sadiq (ə) buyurur: “Əgər kimsə Kərbəla ziyarətini tərk edər, Peyğəmbərə (s) və Əhli-Beytə (ə) ağ olmuş olar”.

Ayətullah Qazi öz övladlarına tövsiyə edirdi ki, heç bir zaman xəlqin qapısını döyməsinlər, hər bir ehtiyaclarında Əhli-Beytə (ə) təvəssül etsinlər.

Hədislərdə oxuyuruq ki, hər kim hər gün salavat deməyi davamlı edərsə Allah mələklər xəlq edər ki, onu Sirat körpüsündən keçirdər.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Sirat körpüsündən düşmək təhlükəsi altında olarsa, əgər dünyada mənə çoxlu salavat göndərərsə mələklər qanadlarını açarlar ki, onu Sirat körpüsündən keçə bilsinlər”.

Təvəssül etməyin bir növü də İmam Hüseyn (ə) üçün rövzə və mərsiyə məclisi təşkil etməkdir. Ona görə də din alimlərimiz tövsiyə edir ki, hər il bir dəfə də olsa evlərinizdə mərsiyə və rövzə mərasimləri təşkil ediniz.

Mərhum Qazi övladına belə buyurmuşdur: “Əhli-Beytin (ə) rövzə mərasimlərini tərk etməyin, hətta əgər bir neçə nəfər olsa belə”.

O evdə ki, Əhli-Beytin (ə) rövzəsi oxunur, həmin ev şeytandan uzaq olar. Ayətullah Xərazi nəql edir ki, Ayətullah Xoyinin evində hər il mərsiyə məclisləri olardı.

Alim bu səbəbdən mütaliələrini edə bilmirdi. Ona görə də bu mərasimləri tətil etdi. Alimin gözlərində problem yarandı.

Bir gecə yuxuda görür ki, gözlərinin belə olmasının səbəbi əzadarlıq mərasimlərini tətil etməsindədir. Ona görə də həmin mərasimləri yenidən bərpa edir və İmam Hüseyn (ə) türbəti ilə şəfa tapır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031