Ayətullah Sistani məhərrəm və səfər aylarında toy və bəzənmək kimi işlər haqda fətva verib
Mьəllif: admin1
Tarix: 11-10-2017, 10:25
Ayətullah Sistani məhərrəm və səfər aylarında toy və bəzənmək kimi işlər haqda fətva verib
İmam Hüseynin Kərbəla faciəsi ilə əlaqədar olaraq məhərrəm və səfər ayları matəm ayları kimi qeyd olunur.

Sumariyyə agentliyi Ayətullah Seyyid Əli Sistaniyə məhərrəm və səfər aylarında bu ayların ehtiramına münasib olmayan əməllərin icrasına münasibətini dərc edib.

Sualda qeyd olunur: Bəzi möminlər Məhərrəm və Səfər aylarına uyğun olmayan əməlləri icra edirlər. Bu əməllərdən evlənmək, yeni evə köçmək, ev əşyalarının dəyişdirilməsi, bədən və libasın zinətlənməsi, yaxud yeni layihələrə başlamaq və bu kimi işləri misal çəkmək olar. Bütün bunların şəri hökmu nədir?

Cavab: Deyilən işlər qeyd olunan vaxtlarda haram deyil.
Ancaq gərək sevinmək və zinətlənmək kimi işlər Aşura gününün əzəmətini aradan aparmasın.
Bəli, insan gərək vacib zərurət tələb etmədiyi hallarda bu kimi işləri Əhli-beytin (ə) fəlakətlərində və onların kədərləndiyi günlərdə etməsin. Bu kimi işləri zərurət olmadığı hallarda Əhli Beytin (ə) hüzün və kədəri ilə müşaət olunmayan günlərdə etsinlər. Özləri üçün hüzn və əzadarlıqdan başqa vaxtları seçsinlər.



(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930